Kanada Arktik arxipelaqı (ing. Canadian Arctic Archipelago, fr. Archipel arctique canadien, Kanadada onu sadəcə Аrktika arxipelaqı adlandırırlar) — dünyanın ən iri arxipelaqlarında biri, 1,4 milyon km² sahəyə malikdir. Şimali Amerikanın şimalında yerləşir.
Kanada Arktik arxipelaqı | |
---|---|
ing. Canadian Arctic Archipelago, fr. Archipel arctique canadien | |
Ümumi məlumatlar | |
Adaların sayı | 36,563 ada |
Ən böyük adası | Baffin Torpağı |
Ümumi sahəsi | 1400000 km² |
Hündür nöqtəsi | 2616 m |
Əhalisi | 13.233 nəfər (2001-ci il) |
Yerləşməsi | |
75°00′00″ şm. e. 100°00′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaqın böyük hissəsi Nunavut, az bir hissəsi isə Şimal-Qərb ərazilərinə daxildir.
Adaların çoxu Şimal Buzlu okeanının, cənub-şərq hissədəki az bir qism adalar isə Atlantik okeanın akvatoriyasına aiddir.
Arxipelaqa daxil olan üç ada (Baffin Torpağı, Viktoriya (ada) və Elsmir (ada)) dünyada ölçüsünə görə ilk onluğa daxildir. Ümumuilikdə burada 36,563 ada vardırki onunda 15-nin sahəsi 10-min km² çodur.
№ | Ada | Yerləşdiyi bölgə | Sahəsi, км² |
Yeri | Əhalisi, nəfər. (2001) | |
---|---|---|---|---|---|---|
Kanadada | Dünyada | |||||
1 | Baffin Torpağı | Nunavut | 507.451 | 5 | 1 | 9.563 |
2 | Viktoriya (ada) | Şimal-Qərb əraziləri, Nunavut | 217.291 | 9 | 2 | 1.707 |
3 | Elsmir (ada) | Nunavut | 196.236 | 10 | 3 | 168 |
4 | Banks | Şimal-Qərb əraziləri | 70.028 | 24 | 5 | 114 |
5 | Devon (ada) | Nunavut | 55.247 | 27 | 6 | 0 |
6 | Aksel-Heyberq | Nunavut | 43.178 | 32 | 7 | 0 |
7 | Melvill (ada) | Şimal-Qərb əraziləri, Nunavut | 42.149 | 33 | 8 | 0 |
8 | Sauthempton (ada) | Nunavut | 41.214 | 34 | 9 | 721 |
9 | Uels Şahzadəsi (ada) | Nunavut | 33.339 | 40 | 10 | 0 |
10 | Somerset (ada) | Nunavut | 24.786 | 46 | 12 | 0 |
11 | Baterst | Nunavut | 16.042 | 54 | 13 | 0 |
12 | Şahzadə-Patrik adası | Şimal-Qərb əraziləri | 15.848 | 55 | 14 | 0 |
13 | Kral-Vilyam | Nunavut | 13.111 | 61 | 15 | 960 |
14 | Ellef-Rinqnes | Nunavut | 11.295 | 69 | 16 | 0 |
15 | Baylot | Nunavut | 11.067 | 72 | 17 | 0 |
İqlimi çox sərtdir, sahil əraziləri əsasən Tundra geniş yayılmışdır. Ərazinin böyük hissəsini arktik səhralar təşkil edir.
Adalarının böyülk hissəsində yaşayış yoxdur. Burada əsasən insanlar eskimosların qəsəbələrində, hərbi bazalarda ya da Qütb elmi stansiyalarında yaşayır. Arxipelaqda ümumilikdə 14 min insan yaşayır.