Bella Davidoviç

Bella Mixaylovna Davidoviç ( rus. Бе́лла Миха́йловна Давидо́вич) — yəhudi əsilli sovet-amerikan pianoçusu.[3]

Bella Davidoviç
rus. Белла Михайловна Давидович
Ümumi məlumatlar
Doğum adı Белла Михайловна Давидович
Doğum tarixi 16 iyul 1928(1928-07-16)[1] (96 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, bəstəkar, musiqi pedaqoqu, universitet müəllimi[d]
Fəaliyyət illəri 1939-cu ildən
Janr klassik musiqi
Musiqi aləti piano
Təhsili
Mükafatları RSFSR əməkdar artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bella Mixayılovna Davidoviç 1928-ci ilin 16 iyun tarixində Bakı şəhərində yəhudi ailəsində anadan olub. 6 yaşı olarkən piano təhsili almağa başlayır və cəmi üç il sonra Lüdviq van Bethovenin 1 nömrəli piano konserti parçasını sərbəst işləyir. 1939-cu ildə musiqi təhsilini genişləndirmək üçün Moskva şəhərinə köçür. 18 yaşı olarkən daxil olduğu Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dövrünün tanınmış musiqişünasları Konstantin İqumunov və Yakov Filyerdən dərslər almışdır. Pianoçunun ilk böyük uğuru Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında dərəcə qazanması olmuşdur.

Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında qazanılmış uğur Bella Davidoviçin gələcək karyerasında[4] dönüş nöqtəsi oldu və bundan sonra pianoçu SSRİŞərqi Avropada tanınmağa başlandı. Bella Davidoviç Sankt-Peterburq Filarmoniya orkestrında 28 mövsüm solist kimi fəaliyyət göstərmiş və eyni zamanda 16 il Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dərs demişdir. Pianoçu SSRİ musiqisi üçün əhəmiyyətli şəxs olmaqla yanaşı SSRİ mədəniyyət dairələrində qəbul edilmiş bir necə qadın sənətçidən biri olmuşdur.

  1. Bella Michailowna Dawidowitsch / Davidovich // FemBio database (alm.).
  2. Deutsche Nationalbibliothek Record #134355318 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Adelson, Robert. "Biography: Bella Davidovich". Allmusic. 2 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2010.
  4. İjon-Piser Sullyet, 88 notes pour piano solo, "Solo nec plus ultra", Neva Editions, 2015, 52. ISBN 978 2 3505 5192 0.