Zvornik (bosn. Zvornik, serb. Зворник / Zvornik, xorv. Zvornik) — Bosniya və Herseqovinanda yerləşən şəhər. Ölkənin şimal-şərqində, Serbiya ilə sərhəd yaxınlığındadır. Drina çayı üzərində yerləşir. Serb Respublikasına daxil olan Zvornik icmasının inzibati mərkəzidir.
Zvornik | |
---|---|
44°23′ şm. e. 19°06′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 146 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +387 56 |
Poçt indeksi | 74500 |
Digər | |
opstina-zvornik.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Köhnə adı (1519-cu ilə qədər) Zvonik (Zvonnik) olmuşdur. Bu ad zvono, zvoniti - "zəng çalır" (ehtimal ki, Zvonigrad ilə eyni mənşəlidir)[2] kəlməsindən törəmişdir. Keçmişdə də həmcinin İzvornik adıda istifadə olunmuşdur.[3]
Zvornik və ətraf ərazilərində qida və ayaqqabı sənayesi, ağac və metal emalı, alüminium emalı müəssisələri mövcuddur. Şəhərin yaxınlığında 1955-ci ildə tikilmiş Zvornikskaya Su Elektrik Stansiyası vardır.[4] Bosniya və Herseqovinanı Avropa və Rusiyanın qaz ötürmə sistemi ilə birləşdirən bir qaz kəməri Zvornikdən keçir. 2012-ci ildə Zvornik icmasını dörd minə yaxın turist ziyarət etmiş, təxminən 6 min nəfər isə şəhərdə gecələmişdir.[5]
Şəhərin içərisində Köhnə Körpü vardır. Bu körpü Zvorniki Serbiyanın Mali Zvornik şəhəri birləşdirir. üstəlik həmdə sərhəd rolu oynyır. M19 şossesi Zvorniki Sarayevo ilə birləşdirir. Bosniya və Serbiyanın şimal bölgələri ilə avtomobil əlaqəsi şimal şəhər ətrafı Karakay qəsəbəsi vasitəsilə həyata keçirilir.
Karakayda Tuzla və Serbiya dəmir yolları ilə əlaqəli Zvornik dəmir yolu stansiyası vardır. Ən yaxın beynəlxalq hava limanı 47 km məsafədə yerləşən Tuzladır. Sarayevo Beynəlxalq Hava Limanı isə 140 km məsafədədir.
2013-cü il siyahıya alınmasına əsasən şəhərdə 12 674 nəfər, icmada isə 63 686 nəfər[6] yaşayırdı.
Əhali | 1971[7] | 1981[8] | 1991[9] |
---|---|---|---|
Ümumi | 8 538 (100 %) | 12 147 (100 %) | 14 584 (100 %) |
Boşnaklar | 5736 (67,18 %) | 6686 (55,04 %) | 8854 (60,71 %) |
Serblər | 2424 (28,39 %) | 3491 (28,74 %) | 4235 (29,04 %) |
Zvornikdə hər il avqustun 2-dən 8-dək "Zvornik Yayı" mədəni tədbiri keçirilir. Əsas tədbirlər şəhər çimərliyində baş tutur.
Şəhərdə Serb Respublikası futbol üçün Birinci Liqasında oynayan Drina futbol klubu vardır. Üstəlik "Drina" basketbol klubuna da sahibdir.