Ben Fero

Ben Fero və ya Fərhad Yılmaz (25 fevral 1991,Bonn, Almaniya) — türk repçi və bəstəkardır.

Ben Fero
Ümumi məlumatlar
Ləqəbi Ben Fero[1]
Doğum tarixi 25 fevral 1991(1991-02-25) (32 yaş)
Doğum yeri Bonn, Almaniya
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti repçi
Fəaliyyət illəri 2018-ci ildən
Janr hip-hop[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

25 fevral 1991-ci ildə Berlindən əvvəl Almaniyanın paytaxtı Bonn şəhərində anadan olub. Atası Trabzonlu, anası isə Sivaslıdır.1994-cü ildə ailəsi ilə birlikdə Türkiyəyə qayıdıb İzmirə köçüb. O, 8 yaşında Tupak dinləməklə rep musiqisi ilə tanış olub. Sabancı Universitetinin Biznesin idarə edilməsi fakültəsini bitirib.

O, 2018-ci ilin aprel ayında ilk mahnısı olan Mahallemiz Esmer ilə debüt etdi. 2018-ci ilin avqustunda çıxardığı Kimlerdensin adlı sinqlından sonra o, özəl bir şirkətdə satış meneceri kimi işini tərk edib musiqiyə fokuslanmağa qərar verdi. O, 30 noyabr 2018-ci ildə 3 2 1 sinqlı buraxdı. 2 dekabr 2018-ci ildə Spotify-da Türkiyənin ən çox dinlənilən mahnıları siyahısında 1-ci yerə yüksəldi.

20 fevral 2019-cu ildə o, əvvəlki sinqllarını ehtiva edən Orman Kanunları albomunu buraxdı. Albomun çıxdığı gün albomun bütün mahnıları Spotify Turkey Top 50-nin ilk 12-liyində yer aldı. Beləliklə, o, Türkiyədə albomdakı bütün mahnıları bu siyahıda saxlayan ilk sənətçi oldu. Bu alboma daxil olan Biladerim İçin mahnısı uzun müddət hit-paradların zirvəsində idi. O, əvvəlcə Akalım adlanan mahnısının adını Demet Akalın olaraq dəyişib. Daha sonra mahnının klipini Demet Akalınla birlikdə çəkdirdilər.

Mahnılarında tez-tez bodibildinqdən danışır. Türkiyədə demək olar ki, bənzərsiz olan orfoqrafiya üslubu bəzi dinləyicilərdən reaksiya aldı.9 may 2019-cu ildə keçirilən 16-cı Radio Boğaziçi Musiqi Mükafatlarında "Ən Yaxşı Sıçrayışçı Sənətçi" mükafatına layiq görüldü.

19 yanvar 2020-ci ildə Sinan Erdem İdman Salonunda keçirilən 2020 Basketbol Super Liqası All-Star oyununun sonunda səhnəyə çıxdı.

25 sentyabr 2020-ci ildə o, 5 mahnıdan ibarət Yabani adlı EP albomunu buraxdı. Daha sonra Maho G ilə İzmir'in Ateşi adlı bir single çıxardı. 2021-ci ildə Cash Flow ilə Üçe Beşe BakamamGringo ilə 50 Kilo adlı sinql buraxdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ben Fero // Discogs (ing.). 2000.
  2. Ben Fero: Oyunculuğu denemek istiyorum (türk.). // Hürriyet / red. S. Ergin Doğan Yayın Holding, 1948. ISSN 1304-6632

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]