Bencamin Çerç (ing. Benjamin Church; 24 avqust 1734[1] – 1778[2][3]) — ABŞ hərbçisi, ABŞ Ordusunun ilk cərrah generalı. O, 27 iyul–17 oktyabr 1775-ci il tarixlərində Kontinental Ordunun tibb xidmətinin "Baş həkimi və baş direktoru" kimi fəaliyyət göstərmişdir. Müharibədən əvvəlki illərdə Bostonun "Azadlıq oğulları" hərəkatında da fəal idi. Bununla belə, Amerika inqilabının əvvəlində Çerç Britaniya komandiri general Tomas Geycə də məxfi məlumat göndərirdi. Onun Bostona yazdığı məktublarından biri ələ keçiriləndən sonra Çerç "düşmənlə ünsiyyətdə olmaqda" mühakimə olunmuşdur. Həbsxanaya yerləşdirilən lakin nəhayət azad edilmişdir. Onun 1778-ci ildə Karib dənizində bir yerdə həlak olduğu güman edilir.