Benjamin Samuel Blum (ing. Benjamin Samuel Bloom; 21 fevral 1913[1] – 13 sentyabr 1999[1], Çikaqo) — amerikalı təhsil psixoloqu və Blum taksonomiyasının yaradıcısı.
Benjamin Blum | |
---|---|
Doğum tarixi | 21 fevral 1913[1] |
Vəfat tarixi | 13 sentyabr 1999[1] (86 yaşında) |
Vəfat yeri | |
İş yerləri | |
Təhsili |
Pensilvaniya ştatının Lansford şəhərində anadan olub. 1935-ci ildə Pensilvaniya Universitetini bakalavr və magistr dərəcələri ilə bitirmişdir. 1942-ci ildə Çikaqo Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir.
1960-cı illərdə o, öz nəzəriyyəsini inkişaf etdirən iki kitab: “Blumun taksonomiyası: İnsan xüsusiyyətlərində sabitlik və dəyişiklik” və “Təhsil məqsədlərinin taksonomiyası” nəşr etdi. 1965-1966-cı illərdə Təhsil Tədqiqatçıları Assosiasiyasının prezidenti oldu. Tezliklə Blum taksonomiyası ABŞ-ın bir çox təhsil müəssisəsi tərəfindən qəbul edildi, lakin sonradan obyektiv tənqidlərə görə məktəblərdə istifadəsi azaldı.