Benjamin Yudah (ing. Judah Philip Benjamin; 6 avqust 1811[1] – 6 may 1884[1], Paris) — Hüquqşunas, vəkil. Yudah yəhudi olduğunu açıq şəkildə etiraf etmiş ilk senatordur. Amerika Konfederativ Ştatları elan olunandan sonra, bu dövlətdə bir sıra yüksək vəzifələrdə çalışmışdır. Benjamin Yudah XIX əsrdə ABŞ-də yaşayan və fəaliyyət göstərən ən məşhur vəkillərdən biri olmuşdur.
Benjamin Yudah | |
---|---|
ing. Judah Philip Benjamin | |
Doğum tarixi | 6 avqust 1811[1] |
Vəfat tarixi | 6 may 1884[1] (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | Hüquqşunas, vəkil |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
1832-ci ildə Luiziana kübar cəmiyyətinə daxil olmuşdur. Şəkər plantasiylarında və mərkəzi dəmir yolu şirkətində bir müddət fəaliyyət göstərmişdir. 1842-ci ildə Luiziana ştatının əyalət məclisinə daxil olur. Öz çıxışlarında quldarlığı daim dəstəkləmiş və Abolisionistlərə qarşı sərt tədbirlərin görülməsini təklif etmişdir. Luiziana ştatının ABŞ-dən ayrılmasından sonra ABŞ Vətəndaş müharibəsinə qatılmışdır. Müharibənin sonuna qədər Amerika Konfederativ Ştatlarında müxtəlif vəzifələrdə çalışan Benjamin Yudah Ku Kluks Klan təşkilatının maliyyələşməsində və fəaliyyət göstərməsində böyük rol oynamışdır.