Benni Urkides (ing. Benny Urquidez) – ABŞ aktyoru, kikboksçusu və horeoqrafdır.[1] Yarışmalarda aktivliyinə görə "Reaktiv" (ing. The Jet) ləqəbini qazanmışdır.[2][3]
Benni Urkides | |
---|---|
ing. Benny Urquidez | |
Doğum tarixi | |
Doğum yeri | ABŞ |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1974-cü ildən |
IMDb | ID0882054 |
bennythejet.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Benni Urkides 20 iyun 1952-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində dünyaya gəlmişdir. Benni Urkidesin anası peşəkar güləşçi, atası isə boksçudur. Valideynləri ispan və hindu əsillidirlər. Bacısı Lilli Rodriges kikboks üzrə məşqçidir. 1958-ci ildə ilk məşqlərinə başlayır. 1973-1993–cü illər kikboksinq yarışması üzrə bir çox döyüş keçirmişdir. Benni Urkides 1978–ci ildə ilin "Ən güclü kikboksçusu" adına layiq görülmüşdür. Həmin ildə ilk dəfə olaraq Muay Tay döyüşçüsünə məğlub olmuşdur. Bu onun ilk məğlubiyyəti idi. 1979-cu ildə isə başqa bir Muay Tay döyüşçüsünə qalib gəlir. 1993–cü ildə son döyüşünü keçirir və həmin ildən başlayaraq Kaliforniyada məşqçi kimi fəaliyyət göstərir. Benni Urkidesin həyat yoldaşı olan Sara kikboks üzrə məşqçidir. Onların Monik adında qız övladı vardır.[4]
İl | Film | Rol |
---|---|---|
1981 | Beşin qüvvəsi | Billi Orteqa |
1984 | Təkərlər üzərində qəlyanaltı | Mondalenin sağ əli |
1988 | Əbədi əjdahalar | Huanın sağ əli |
1989 | Döyüşçü | "Cet" ləqəbli kikboks üzrə dünya çempionu |
1990 | Əlbəyaxa döyüşün qanunları | Tonq Member |
1998 | Qartallar daxil olurlar | Karloff |
2007 | 1402 | Manyak |