Benoa burnu həmçinin Tacunq-Benoa (ind. Tanjung Benoa) — İndoneziyaya məxsus olan Bali adasının cənub hissəsində yerləşən burun. Adanın istirahət-turizm bölgələrindən biridir.
Benoa burnu | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 5,24 km² |
Yerləşməsi | |
8°45′30″ şm. e. 115°13′10″ ş. u.HGYO | |
Akvatoriya | Hind okeanı |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Burunun sahəsi 5,24 km² təşkil edir. Burun ərazisi Tacunq-Benoa inzibati vahidliyinə daxildir. Burada iki kənd yerləşir. Kəndlərin hər ikisində ümumilikdə 5463 nəfər yaşayır.
Burun Bali adasının cənubunda yerləşən Bukit yarımadasının bir hissəısini təşkil edir. Öz növbəsində dənizin daxilinə uzanan bir qumlu dili xatırladır. Burunun ərazisi cənubdan şimala istiqamətlənir. Onun uzunluğu 3,8 km, maksimal hündürlüyü 1,2 km, sahəsi isə 5,24 km² təşkil edir.
Burun şərq hissədən Badunq boğazı ilə əhatələnir. Qərbində isə Bukit yarımadasını Baliyə birləşdirən bərzəxlə arasında Benoa körfəzi vardır. Elədə böyük olmayan buxtalara sahibdir. Burunun yerləşdiyi bütün su akvatoriyası Himnd okeanına daxildir. Burundan bir qədər şimalda Seranqan adası yerləşir. Bu ada Bali adasının digər hissəsinə körpü ilə birləşdirilmişdir. Buruin yaxınlığında kiçik adalarda vardır. Onlar arasında Nusa Pudut enziz formaya malikdir və 1 km məsafədə uzanır. Demək olar ki, Benoaya birləşir.
Burun qum yığınları sayəsində meydana gəlmişdir. Qərb sahillərində mərcan rifləri vardır. Ərazisində binalar azlıq təşkil edir, infrastruktur demək olar ki, yoxdur. Ancaq torpaq yollara sahibdir. ərazisi sıx kollar və palma ağacları ilə örtülmüşdür. Burunun cənub hissəsində .Bali adası sahillərinin ən böyük manqrov meşələri vardır[1].
Bonea sahilləri müxtəlif növ dəniz tısbağalarının yayıldığı ərazidir. Bu səbəndən onlar dövlət tərəfindən qorunur. Nusa-Pudute və onun yerləşdiyi akvatoriya qoruma altındadır. Balidə bura Tısbağa adası (ind. Pulau Penyu)[2] olaraq tanınır.
ekoloqların fikirimnə görə XX əsrdən etibarən inşa edilən damba və körpülər ekosistemə mənfi təsir göstərir. Üstəlik Nusa-Pudut adasında yerləşən böyük tısbağa populasiyasını isə adayın yuyulmasaı ilə sahəsinin kiçilməsindən əziyyət çəkir.
İnzibati baxımdan İndoneziyanın Bali vilayəti, Badunq dairəsi, Cənubi Kuta rayonu, Tancunq Benoa ərazi vahidliyinə daxildir[3].
Yaşayış məntəqələri — Tacunq-Bonea və Tenqkulunq. 2012-ci ilə olan məlumata görə bu iki kənddə ümumilikdə 5463 nəfər yaşayır. Olar 1150 ailəni əmələ gətirir. Etnik baxımından olduqca rəngarəngdir. Bu ilə Bali üçün tipikdir. Burun əhalisinin 70 %-ni balılər təşkil edir. Bunla yanaşı burada buqislər, çinlilər, yaponlar və Flores adasından gələnlər də vardır. Burada yaşayan 4299 nəfər induizm, 999 nəfər islam, 74 nəfər protestan, 64 nəfər katolik, 27 nəfər isə buddizm dinində etiqat edir.
1980-ci ildən etibarən burun dəniz istirahətini sevənlər arasında məşhurluq qazanmışdır. 2000-ci ildən Badunq administrasiyası Boneanın inkişafına istiqamətlənmiş addımlar atır. Əgər əvvəllər balıqçılıq əss gəlir mənbəyi hesab edilirdsə hazırda ikini sahəyə çevrilmişdir. Sardinella lemuru əsas satış əhəmiyyətlidir. Balıqçılıq və dəniz məhsullarının toplanması ilə əhalinin 16 % məşqul olur. Halbuki turizm 55 %-ə qədər artmışdır.
Burun ərazisində bir orta məktəb, iki ibtidai məktəb, bir uşaq bağçası və tibb məntəqəsi vardır. Burada çoxlu sayda mağaza və bir neşə ənənəvi tipli bazar vardır. Üstlək burada 8 hindu və 1 buddist məbədi, 1 məscidi görmək olar. Burun ərazisində müsəlman, çinli və hinduistlərə aid qəbirstanlıqlar vardır