Benqaliya (benq. বঙ্গ, ing. Bengal) — Cənubi Asiyanın şimal-şərqində tarixi region. Burada məskunlaşmış benqalların doğma dili benqal dilidir. Hazırda Banqladeş dövləti (Şərqi Benqaliya) və Hindistan (Şərqi Benqaliyanın bir hissəsi və Qərbi Benqaliya) arasında yerləşir.
Şərqi Pakistanda və Qərbi Benqaliyanın İkinci Dünya müharibəsindən sonra ayrılmasından əvvəl Benqaliyanın ərazisi 1 674 279 kv. km. olmuşdur.
Benqaliyanın qədim tarixi haqqında az məlumat vardır. VI əsrə qədər Benqaliya ərazisinin Maqadha krallığının ən güclü hissəsi olmuşdur. XVIII əsrin əvvəllərində Benqaliya canişinliyi faktiki olaraq müstəqil dövlətə çevrildi. 1757-ci ildə İngiltərə müstəmləkəçiləri Benqaliyanı, sonra isə bütün Hindistanı zəbt etdilər. Müstəmləkəçilik dövründə (1757-1947) bu ərazi də metropoliyanın aqrar xammal bazası idi.
XIX əsrin əvvəllərində Benqaliyada milli hərəkat genişlənməyə başladı. Birinci dünya müharibəsindən sonra benqal milli azadlıq hərəkatı yeni vüsət aldı.
1930-cu illərdə dini-icma mövqelərində duran siyasi qüvvələr artmağa başladı. Bu, hinduistlərlə müsəlmanlar arasında müstəmləkəçilər tərəfindən qızışdırılan toqquşmalara səbəb oldu. İkinci dünya müharibəsindən sonra Cənubi Asiya xalqlarının böyük vüsət alan azadlıq mübarizəsi İngiltərə müstəmləkəçilərini Hindistana istiqlaliyyət verməyə (1947) məcbur etdi. 1947-ci ildə keçmiş Britaniya Hindistanı ərazisində dini prinsiplərə görə iki dövlətin-Hindistanın və Pakistanın yaranmasından sonra əhalisi, müsəlmanlardan ibarət olan Şərqi Benqaliya ərazisi Pakistanın tərkibinə daxil edildi. Bu ərazidə Şərqi Pakistan əyaləti təşkil edildi.
Benqaliyanın bir hissəsi IV əsrdən 1200-cü illərə qədər mövcud olmuş Kamarupa çarlığına məxsus olmuşdur. XIX əsrdən Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. 1947-ci ildə Benqaliya (dini zəmində) iki hissəyə bölündü. Benqaliyanın müsəlmanlar olan hissəsi - Şərqi Pakistan (sonra Banqladeş, digər hissəsi isə Hindistanın tərkibinə qatıldı.