Qrimm çömçəxulu (lat. Benthophilus grimmi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Qrimm çömçəxulu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qrimm çömçəxulu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Xəzərin endemik növüdür. Azərbaycan sahillərində Yalamadan Abşerona qədər və Küryanı rayonlarda azsaylıdır.
D IV, 18-9, A I 7-8 (9)-dur.Bədəni gödəkdir, ön hissəsi enli və yoğundur.Burnu girdədir.Başı öndən basıqdır. Başın üst tərəfində, gözlərin arasında və peysərdə novşəkilli çökəklik var. Başın alt tərəfində dəri bığcıq var. Ağzın künclərindən arxada dəri qırış zəif inkişaf etmişdir. Bədənin ön və başın üst hissəsi xırda, yastı sümük lövhəciklərlə sıx örtülmüşdür. Belində və böyürlərində üç qonurumtul-qara xal vardır. Dişilərdə qarın üzgəci anus üzgəcinə çatmır, erkəklərində isə çatır. Bundan başqa dişilərdə anus üzgəcinin birinci iki şüaları əyilmiş olur. Uzunluğu 95 mm-ə qədər olur.
Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır. Dənizin 2 m-dən 200 m-ə qədər dərinliyində yaşayır[2].
Kürüləmə mart və aprel ayında baş verir. Çoxalması ətraflı örgənilməyib.
Vətəgə əhəmiyyəti yoxdur.