Benzilamin (α-aminotoluol) C6H5CH2NH2.
Benzilamin | |
---|---|
Ümumi | |
Sistematik adı | Benzilamin |
Kimyəvi formulu | C6H5CH2NH2 |
Molyar kütlə | 107,16 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,9813 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 90 °C °S |
Qaynama nöqtəsi | 184,5 °C °S |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 9,34[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 100-46-9 |
PubChem | 7504 |
RTECS | DP1488500 |
ChEBI | 40538 |
ChemSpider | 7223 |
Suda, spirtdə, efirdə, benzolda yaxşı həll olur. Anilinlə, fenolla, m-krezolla azeotrop qarışıq əmələ gətirir.
Benzilamin güclü əsasdır (K 2,35×10-5). Xassələrinə görə alifatik aminlərə yaxındır. Onun N-alkiltörəmələri, məs. C6H5CH2NHR daha güclü əsasdır. Benzilamin benzolla (tərkib 1:3, ərimə t-ru 15,30C), p-krezolla (1:1, ərimə t-ru 60C) və qarışqa turşusu (1:1, ərimə t-ru 810C) ilə adduklar əmələ gətirir. Karbon və mineral turşuların məhlulları ilə duzlar əmələ gətirir, Məs., monohidroxlorid (ərimə t-ru 2600C), sulfat (ərimə t-ru 930C), pikrat (ərimə t-ru 1940C). Havadan CO2-ni udaraq bərk karbamat əmələ gətirir. Benzilaminnin sirkə turşusu ilə reaksiyasından N-asetilbenzilamin, HNO3 ilə nitrolaşmasından nitrobenzilaminlər (müvafiq olaraq 8, 49 və 43% orto-, meta- və para- izomerlərin qarışığı), katalitik hidrogenləşməsindən heksahidrobenzilamin C6H11CH2NH2 alınır.
Sənayedə benzilamini benzonitrilin (kat-Ni; 1100C; 2MPa) və ya benzaldehidin (kat-Reney nikeli; 1000C; 15MPa) NH3 iştirakında katalitik hidrogenləşməsindən, eləcə də benzilxloridin NH3-lə qarşılıqlı təsirindən alırlar.
Benzilamin kation boyaların, dərman maddələrinin istehsalında aralıq məhsuludur.
Химическая энциклопедия, Изд. “Советская энциклопедия”, М., 1988, т. 1, с. 494.