Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (ing. Texas Chainsaw Massacre: The Beginning) — 2006-cı ildə çəkilmiş ABŞ sleşer filmi. Filmin rejissoru Conatan Libesman filmi Şeldon Turner və David Şounun ssenarisi əsasında çəkib. Filmdə baş rolları gənc aktyorlar Cordana Brewster, Mett Bomer, Diora Baird, Taylor Handley oynayıb. R. Lee Ermey, Andrew Bryniarski, Marietta Maric, Terrence Evans və Cathy Lamkin isə, Hyuitt ailəsinin üzvlərini canlandırıblar. Film dünya üzrə 51,7 milyon dollar gəlir əldə edib.
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc | |
---|---|
ing. The Texas Chainsaw Massacre: The Beginning | |
Janr | qorxu filmi[1][2][…], sleşer |
Əsas mövzu | seriyalı qatil |
Prodüserlər | |
Baş rollarda | |
Bəstəkar |
|
İstehsalçılar | New Line Cinema |
Distribütor | New Line Cinema, Netflix |
İlk baxış tarixi | 6 oktyabr 2006[1][5][…], 18 yanvar 2007[6] |
Müddət | 91 dəq. |
Büdcə | 13.000.000 $[7] |
Gəlir | 51.700.000 $[8] |
Ölkə | |
Dil | ingilis dili |
Əvvəlki film | Benzin mişarı ilə Texas qırğını |
Rəng | rəngli |
IMDb | ID0420294 |
New Line Cinema, Dimension Films filmi satın alarkən franşiza hüquqlarını saxlamaq üçün 3,1 milyon dollar ödəməli olmuşdu. Filmin işçi adı "Benzin mişarı ilə Texas qətliamı: Mənşə" idi. Filmin çəkilişləri birinci hissədə olduğu kimi Texasda aparılıb. Filmdəki hadisələr 1969-cu ildə baş verir, Hyuit ailəsinin və "Dəri üz" ləqəbli manyakın ilk qurbanı olan iki qardaş və onların qız yoldaşlarından bəhs edir.
Film 6 oktyabr 2006-cı ildə ABŞ-də nümayiş olundu - film tənqidçilərdən mənfi rəylər aldı. Buna baxmayaraq film 16 milyon dollarlıq büdcə ilə 51 milyon dollardan çox pul topladı, lakin birinci hissədən daha az uğurlu oldu.