Benzotriflüorid [(triflüormetil)benzol, α,α,α-triflüortoluol]-rəngsiz mayedir;əksər üzvi həlledicilərdə yaxşı həll olur, 250C-də 100 q suda 0,045 q həll olur.
Benzotriflüorid | |
---|---|
Ümumi | |
Sistematik adı | Benzotriflüorid |
Kimyəvi formulu | C₇H₅F₃[1] |
Molyar kütlə | 146,11 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,1814 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 29,02 °S |
Qaynama nöqtəsi | 102,05 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 98-08-8 |
PubChem | 7368 |
ChEBI | 36810 |
ChemSpider | 7090 |
Temperatura, oksidləşdiricilərin təsirinə və qələvi məhlullarına qarşı davamlıdır. Triflüortsiklo-heksanadək hidrogenləşir. Qüvvətli turşuların təsirindən benzoy turşusuna qədər hidroliz olunur. Benzol həlqəsinin meta- vəziyyətində elektrofil əvəzetmə reaksiyasına daxil olur.
Sənayedə benzotriflüorid susuz HF-un C6H5CCl3-ə təsirindən alırlar.
Benzotriflüorid dərman preparatlarının, pestisidlərin, boyaların, optiki ağardıcıların və s. istehsalında tətbiq edilir.