Beqludağ

Beqludağİrəvan quberniyasının Yeni Bəyazid qəzasında dağ adı.

Geniş areala malik türkmənşəli toponimdir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ mənasındadır), Batumi əyalətində Beqleti və Beqlevan, Tiflis quberniyasının Qori qəzasında Beqleti (Beqli yeri mənasındadır), Borçalı qəzasında böyük Beqlər və Kiçik Beqlər), Azərbaycanda Şamaxı qəzasında Beklə (kənd adı), Ərəş qəzasında Beqlər kənd, Nuxa (Şəki) qəzasında Bekli (kənd adı) toponimləri ilə eynidir. Ehtimal ki, türk dillərində bekle möhkəm-ləndirilmiş yer, qala, qüvvətli sözündəndir.

  • Мусхелишвили Д.Л. Из остории географии восточной Грузии. Тбилиси, 1982.
  • Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
  • Məmmədov H. “Dəftəri-müfəssəl-əyaləti Tiflis”də yer adları. “Azərbaycan filologiyası məsələləri”, II c. Bakı, “Elm”, 1984.