Ber

Ber — Meridian istiqamətində axan böyük çayların yarımkürəsində sağ tərəfə,cənub yarımkürəsində isə sol tərəfə meyl etməsini izah edən qanundur. Bu meyletmə nəticəsində çaylar (onların şimala və cənuba axmasından asılı olmayaraq) Şimal yarımkürəsində öz sağ sahilini çox yuyur və buna görə də sağ sahil adətən dik,sol sahil isə yastı olur. Cənub yarımkürəsində bunun əksi müşahidə olunur.B u qanunu 1857-ci ildə rus akademiki K.M.Ber (1792-1876) müəyyən etmiş və bunu Yerin öz oxu ətrafında gündəlik hərəkətinin meyletmə təsiri ilə əlaqələndirmişdir. Volqa, Yenisey, Paraqvay və s. bir çox çay dərələrinin yamaclarının asimmetrik olması Ber ilə izah edilir. [1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. O. Osmanov. B. Abdullayev. İzahlı coğrafiya lüğəti. Bakı 1966.