Beritan Günəş Altın (1995, Nüseybin, Mardin ili[2]) — psixoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[3]
Beritan Günəş Altın | |
---|---|
türk. Beritan Güneş Altın | |
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Mardin |
Şəxsi məlumatlar | |
Doğum adı | Beritan Güneş |
Doğum tarixi | 1995 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, siyasətçi, psixoloq |
Vikianbarda əlaqəli mediafayllar |
Beritan Günəş Altın 1995-ci ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub. Yıldırım Beyazıt Universiteti Psixologiya Bölməsindən məzun olub.[3]
Müharibə travması, gender, immiqrasiya və uşaqların müdafiəsi üzrə məqalələri “Jineoloji” ve “Psychology Kurdi” nəşrlərində dərc olunub.[3]
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[3]
Kürdcə bilir. Evli və 1 uşaq anasıdır.[3]