Berka palçıq vulkanları — (rum. Vulcanii Noroioși de la Pâclele Mici) - Rumıniyanın Buzeu əyaləti, Berka yaxınlığındakı Skorsoas bələdiyyəsində yerləşən geoloji və botanik rezervasiyası[1]. Onun ən təsir edici xüsusiyyəti arasında palçıq vulkanları, kiçik vulkanik quruluşlar, adətən bir neçə metr yüksəkliyə çatan palçıq və təbii qazların püskürməsini göstərmək olar. Păclele Mici 341 m yüksəklikdə yerləşir və 16.5 ha ərazini əhatə edir.
Berka palçıq vulkanları | |
---|---|
Ümumi məlumatlar | |
Növü | palçıq vulkanı |
Mütləq hündürlüyü | 341 m |
Yerləşməsi | |
45°21′ şm. e. 26°43′ ş. u.HGYO | |
Ölkə | Rumıniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qazlar 3000 metr dərinlikdən səthə, gil və suyun yeraltı təbəqələri vasitəsilə püskürdükdə, yeraltı duzlu suyu və palçığı itələyərək vulkanların ağzından axır, qaz isə baloncuklar şəklində yuxarıya çıxır. Palçıq səthdə quruyur, həqiqi bir vulkana bənzər nisbətən möhkəm bir konik quruluş formalaşdırır. Onların yuxarıya çıxartdığı palçıq soyuqdur, çünki mantiyadan deyil, yerin kontinental qabığının təbəqələrindən gəlir. Rumıniyada yerləşən rezervasiyalar arasında Berka palçıq vulkanlarını bənzəri yoxdur. Digər Avropa ölkələrində oxşar buna bənzər rezervasiyalar İtaliyada (şimali Apennin və Siciliya), Ukraynada (Kerç yarımadasında), Rusiyada (Taman yarımadasında), eləcə də Azərbaycanda müşahidə edilə bilər.
Bir neçə aparılan qaz analizi göstərir ki, tərkib yerdən asılı olaraq dəyişir, lakin əsasən metan, 10-25% helium və 2-15% azot üstünlük təşkil edir. Müəyyən bir miqdarda karbon qazı da aşkar edilmişdir.
Palçıq vulkanları konusların ətrafında bitki örtüyünün olmaması səbəbindən qəribə bir mənzərəsi yaradır. Bitki örtüyü seyrəkdir, çünki torpaq çox duzludur. Burada az sayda bitkinin yaşadığı bir ətraf mühit vardır. Ancaq bu mühit Nitraria schoberi və Obione verrucifera kimi bəzi nadir bitki növləri üçün əlverişli ola bilir.
Bu vulkanlar Berka kommunasının yaxınlığında Kiçik Palçıq vulkanları və Böyük Palçıq vulkanları adlanan iki ayrı yerdə müşahidə edilir. Vulkanlar özləri su ilə kəsilmiş yarğanlarla çevrələnmişdir. əraziyə giriş haqqı pulludur. Girişə yalnız torpağın quru olduğu günlərdə icazə verilir.