Berlin Coğrafiya Cəmiyyəti

Berlin Coğrafiya Cəmiyyəti (alm. Gesellschaft für Erdkunde zu Berlin‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Dünyada ən qədim ikinci coğrafiya cəmiyyətidir. Mərkəzi ofisi Berlin şəhərinin Şteglits rayonunda yerləşir.

Berlin Coğrafiya Cəmiyyəti
alm. Gesellschaft für Erdkunde zu Berlin
Növü ictimai təşkilat
Yaranma tarixi 20 aprel 1828
Rəsmi dili alman
Mərkəzi Almaniya Almaniya
gfe-berlin.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yerləşdiyi bina

Cəmiyyətin əsası 20 aprel 1828-ci ildə Almaniyanın Berlin şəhərində qoyulmuşdur.

Yaradıcıları Karl Ritter, Aleksandr fon Humboldt və başqaları idi.

Cəmiyyətin ilk toplantısında, 7 iyun 1828-ci ildə 27 nəfər qatılmışdır[1].

Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Gənc alimlərə sponsorluq edir.

1870-ci ilə aid nəşrlərindən biri

Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur. Əsas jurnalı "Die Erde" (azərb. "Yer"‎) adlanır ki, həmin jurnal 1853-cü ildən bəri nəşr edilir[2].

  • Lothar Zögner: Veröffentlichungen über Carl Ritter. In: Karl Lenz (Hrsg.): Carl Ritter – Geltung und Deutung. Beiträge des Symposiums anläßlich der Wiederkehr des 200. Geburtstages von Carl Ritter, November 1979. Verlag D. Reimer, Berlin 1981, S. 225–229, ISBN 3-496-00183-6.
  1. Die Gartenlaube 1878, Seite 294-296 (mit Abbildung der ersten Vorsitzenden und von Baeyer). dig Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine (Version vom 27. Oktober 2012), abgerufen am 30. Juli 2013
  2. Axel Borsdorf: Motor des Erkenntnisfortschritts und Dokument der Disziplingeschichte. Ein Rückblick auf 146 Jahrgänge der Zeitschrift der Gesellschaft für Erdkunde zu Berlin – und ein Ausblick auf die Zukunft. In: 175 Jahre Gesellschaft für Erdkunde zu Berlin. DIE ERDE, Sonderheft 1, 2003, S. 39–66

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]