Bernard Medoff

Bernard Medoff (29 aprel 1938[1], Kuins, Nyu-York ştatı14 aprel 2021[2][3], Federal Tibb Mərkəzi[d], Şimali Karolina[3]) – "əsrin fırıldaqçısı"

Bernard Medoff
ing. Bernard Lawrence Madoff
Doğum tarixi 29 aprel 1938(1938-04-29)[1]
Doğum yeri
Vəfat tarixi 14 aprel 2021(2021-04-14)[2][3] (82 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti Birja brokeri, maliyyəçi, iqtisadçı, bankir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

29 iyun 2009-cu ildə Nyu-York məhkəməsi "əsrin fırıldaqçısı" adını qazanmış Bernard Medoffa hökm oxuyub. "Əsrin maliyyə piramidası"nın qurucusuna nə az, nə çox- 150 illlik həbsxana cəzası kəsilib!

"Nasdaq" adlı keçmiş fond birjasının sahibi olan B.Medoff tarixdə ən böyük məbləğdə- 64,8 milyard dollarlıq maliyyə piramidasını qurmuşdu.

Medoffun vəkilləri onun yaşını (71) nəzərə alaraq, hakimdən 12 illlik cəza istəsələr də, məhkəmə maksimal cəza müddəti kəsib.

Qeyd edək ki, Medoffa qarşı 11 maddə üzrə, o cümlədən qiymətli kağızlarla maxinasiyalar, çirkli pulların yuyulması, fırıldaqçılıq və yalançı şahidlik üzrə ittihamlar irəli sürülmüşdü. İttihama görə, B.Medoff şüurlu şəkildə ayrı-ayrı fiziki şəxsləri, kompaniyaları, bankları, sosial və təqaüd fondlarını illik 46 faiz təmiz gəlir vəd etməklə öz piramidasına cəlb edib. Bundan əlavə, fırıldaqçı milyarder işə əsasən onun biznesinin mahiyyətini anlamayan təcrübəsiz şəxsləri götürürmüş.

Qeyd edək ki, aldadılan şirkətlər arasında dünya şöhrətli kompaniyalar da var. Bunlara misal olaraq, HSBS, BNP Paribas, Credit Agricole, UniCredit, Nomura, Royal Bank of Scotland kimi bankları göstərmək olar.

  1. 1 2 Bernie Madoff // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Muere en prisión el financiero Bernie Madoff (isp.). Barcelona: La Vanguardia Ediciones, SL, 2021. 246170 nüs.; 205331 nüs. ISSN 1133-4835
  3. 1 2 3 4 Sacks E. Bernie Madoff, mastermind behind largest Ponzi scheme in history, dies at 82. NBC News, 2021.