Bert Trautmann

Bernhard "Bert" Karl Trautmann (22 oktyabr 1923[1], Bremen19 iyul 2013[2]) — alman futbolçu.

Bert Trautmann
alm. Bernhard Carl Trautmann
Doğum tarixi 22 oktyabr 1923(1923-10-22)[1]
Doğum yeri
Vəfat tarixi 19 iyul 2013(2013-07-19)[2] (89 yaşında)
Vəfat səbəbi ürək çatışmazlığı
Uşağı 5
Fəaliyyəti futbolçu, futbol məşqçisi
Fəaliyyət illəri 1949-cu ildən
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bert Trautmann 1949–1964-cü illərdə İngiltərənin Mançester Siti futbol klubunun qapısını qoruyub. Trautmann alman olsa da, Almaniya millisində heç vaxt oynamayıb. Amma Mançesterdə, o bu günə qədər ən populyar futbolçulardan sayılır.

Bert Trautmann 1923-cü il oktyabrın 22-də doğulub. 10 yaşından futbol oynamağa başlayıb. 18 yaşında Faşist Almaniyasında hərbi xidmətə yollanıb, paraşütçü olub. Əvvəl sovet, sonra isə ingilis əsgərləri tərəfindən həbs edilib. Azadlıqa çıxdıqdan sonra Trautmann Böyük Britaniyanı tərk etməyib və bu ölkədə qalaraq peşəkar futbolla məşğul olub.

Əvvəllər ingilis futbol azarkeşləri "nasist oğlana" nifrət edirdilər. Ancaq 1956-cı ildə İngiltərə Futbol Kubokunun finalından sonra azarkeşlərin Trautmanna olan münasibətləri dəyişdi. Bu oyunun 75-ci dəqiqəsində Birmingemin oyunçusu Trautmanna zərbə endirib onun boynunu qırdı. Ancaq Trautmann meydançanı tərk etmədi və oyunun sonuna qədər müydanda oynadı. Belə bir zədə alan Trautmannın ölmədiyi bu günə qədər tibbi möcüzə kimi tez-tez xatırlanır.

Həmin oyundan bir neçə gün sonra Trautmannın beş yaşlı oğlu avtomobil qəzasına düşüb vəfat etdi.

Trautmann iki dəfə ailə qurub (1950 və 1990-cı ildə). Böyük Britaniya kraliçası II Elizavetta 2004-cü ildə onu şərəf nişanı ilə təltif edib.

  1. 1 2 Bert Trautmann // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #12209963X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.