Berthold Eric Schwarz (24 oktyabr 1924 – 16 sentyabr 2010) — psixiatr və spiritualist və paranormal hadisələr üzrə tədqiqatçı olub.
Berthold E. Şvarz | |
---|---|
Doğum tarixi | 24 oktyabr 1924 |
Vəfat tarixi | 16 sentyabr 2010 (86 yaşında) |
Təhsili |
|
Şvarz Cersi-sitidə anadan olmuşdur; onun atası, Berthold T. D. Şvarz həkim; anası, Tayra Şvarz isə tibb bacısı idi.
1945-ci ildə Dartmut Kollecini Bakalavr dərəcəsi ilə, 1950-ci ildə Dartmut Tibb Məktəbini və Nyu-York Universiteti Tibb fakültəsini tibb elmləri doktoru dərəcəsi ilə bitirmişdir. O, 1950-ci ilin iyulundan 1951-ci ilin iyununadək Hannover, Nyu-Hempşirdə Meri Hiçkok Memorial Xəstəxanasında təcrübə keçib və 1951-ci ildən 1955-ci ilədək Roçester, Minnesota, Mayo Klinik Tibb Məktəbində Psixiatriya üzrə kursunu tamamlayıb. 1957-ci ildə Minnesota Universitetində psixiatriya üzrə magistr dərəcəsi qazanmışdır.
Şvarz 1957-ci ilin martında Amerika Psixiatriya və Nevrologiya Şurası[1] tərəfindən psixiatriya üzrə sertifikat almışdır. O, Amerika Psixiatriya və Nevrologiya Şurasının Diplomatı, Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının və Amerika Psixiatriya Assosiasiyasının görkəmli üzvü idi.
O, 1958-ci ildən 1982-ci ilə qədər Nyu Cersi ştatının Montkleyr şəhərində və 1982-ci ildən 2004-cü ilə qədər Florida ştatının Vero Biç şəhərində 45 illik iş təcrübəsinə malik idi..
Şvarz, bir çoxu psixiatriya, psixoanalitik və elektrofizioloji mövzulara yönəlmiş 185-dən çox elmi məqalə yazıb. O, ömür boyu paranormal tədqiqatlara böyük maraq göstərib. Spiritualizm və Paranormal Araşdırmalar Akademiyasının və Amerika Psixi Tədqiqatlar Cəmiyyətinin üzvü olub. O, tez-tez ing. Journal of Spirituality and Paranormal Studies üçün məqalələr yazırdı və bir çox kitabları paranormal tədqiqatlardan bəhs edir.[2] Onun kitablarına aşağıdakılar daxildir:
Şvarz hesab edirdi ki, telepatiya kimi paranormal qabiliyyətlər çox yayılmışdır və ciddi paranormal tədqiqatlar saxtakarlıq və yalanlar ilə əngəllənmişdir. O, paranormal hadisələrin sistemli və obyektiv elmi tədqiqinin tərəfdarı idi.[4] Özü də bir sıra paranormal araşdırmalar aparırdı.[5][6][7]
Şvarz Stella Lansinq və onun "sirli" obyektləri qeyd etdiyi filmlərin araşdırmaçısı idi. Bu barədə o, xüsusi bir məqalə yazmışdı.[8]