Berx adası — Yeni Torpaq arxipelaqı, Qorbov adaları qrupunun daxil olan bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir.
Berx adası | |
---|---|
rus. Кусова Земля | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 198 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
75°55′05″ şm. e. 59°03′58″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Ada Barens dənizində, Şimal adasından şimal-qərbdə yerləşir. Qorbov adaları qrupuna daxildir. Bu qrupa həmcinin Bolşoy Zayçiy, Malıy Zayçiy, Piçutin adaları daxildir.
Ada şimal-qərbdən cənub-şərqə doğru uzanır. Ən hündür zirvəsi 198 metrdir. Zirvə adanın şimal-qərbində yerləşir. İki zirvə isə adanın cənub-qərbindədir (139 və 79 m.) Adada kiçik çaylar vardır. Onlar cənubdan şimala axır. Burada göl yoxdur. 1910-cu ildə burada mağara aşkar edilmişdir.
Ada ətrafında çoxlu sayda qaya vardır. Adanın qərbində iri buxta onun daxilinə doğru uzanır. Şimal-qərb sahillərinə yaxın kiçik adsız ada vardır.
Adanın ucqar şimal nöqtəsi — Kruşeniya burnu, cənub nöqtəsi — Promernıy burnu. Qeorqi Sedov tərəfindən Kruşeniya burnunda böyük naviqasiya işarəsi qoyulmuşdur[1].
Adanın qərb sahilləriin mərkəzində yaşayış yeri vardır.
Mağaraların böyük qismi adanın şimal-qərb sahillərində yerləşir. Onlar dənizin fəaliyyəti nəticəsində meydana gəlmişdir. Ən iri mağara Kruşeniya burnundan cənub-qərbdə yerləşir. Onun uzunluğu 110–120 metrdir. Mağaranın hündürlüyü 12–15 metrdir. Qışda mağaranın əsas girişi buzlaqla örtülür. Mağaraları ilk dəfə Qeorqiy Sedov 1912–1914-cuü illər ekspedisiyası zamanı araşdırmışdır.