Beska körpüsü

Beska körpüsü (serb. Мост код Бешке /Most kod Beške)- Serbiyanın Beska şəhəri yaxınlığında yerləşən körpüdür. Dunay çayı üzərində tikilən körpü avtomobillər və piyadalar üçün nəzərdə tutulmuşdur. Körpü dəmir-betondan hazırlanıb. Beska körpüsü 1975-ci ildə inşa olunmuşdur. E75 Avropa marşrutu üzərində salınan ən uzun körpülərdən biridir.

Beska körpüsü
Beska körpüsü
Xəritə
45°10′11″ şm. e. 20°04′47″ ş. u.HGYO
Keçid Avtomobil və piyadalar üçün
Uzunluğu 2205 metr
Eni 14.40 metr
Hündürlüyü 68.20 metr[1]
Memar Branko Zezelj
Açılışı 1975, 2011
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəlcə körpü memar Branko Zezeljin (serb. Branko Žeželj) layihəsi əsasında hazırlanmalı idi. Branko Zezelj həmçinin Belqrad Sərgi Kompleksinin Pavilyon №1 üzərində də işləyirdi. Zezelj həm də Belqradın mərkəzindəki, dəmiryol vağzalındakı Zezelj körpüsünün tikintisinə rəhbərlik edirdi. Körpü 1971-1975-ci illər arasında "Mostogradnja" şirkəti tərəfindən inşa edilmişdir.[1]

Körpü NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi zamanı (1 və 21 aprel) iki dəfə bombalanmaya məruz qalmış və qismən dağıdılmışdır. Ancaq körpü tez bir zamanda bərpa edilmişdir. 19 iyul 1999-cu ildə yenidən istifadəyə verilmişdir. Çünki körpü E75 Avropa marşrutunun əhəmiyyətli hissələrindən biridir.

Şimalda sol istiqamətli oxşar körpünün açılışı olmuşdur. (açılışı 3 oktyabr 2011-ci il) 2008-2011-ci illər arasında mövcud körpünün yanında «Alpine Bau» Avstriya qrupunun rəhbərliyi altında konsorsium tikilmişdir.[2] Bundan sonra köhnə körpü yenidən inşa olundu. 2014-cü ilin sonunda yenidən istifadəyə verildi.[3]

Müasir körpü tamamilə E75 Avropa marşrutunun üzərində yerləşmişdir. Avtomobillərin hərəkəti üçün iki zolağa malikdir. Bundan əlavə bərkidilmiş yol qırağına və iki piyada zolağına malikdir.

  1. 1 2 "Novi most Beška" (серб.). Public Utility "Roads of Serbia". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
  2. "Ubrzo rešenje za most kod Beške" (Serbian). Radio-Television of Serbia. 11 January 2013. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2016.
  3. "Od nedelje bez saobraćaja na starom mostu Beška" (серб.). Blic. 9 июля 2014. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]