Beta laktamazlar

Beta laktamazlar (β-laktamazlar) — bakterial fermentlər qrupu olub, beta laktamlı antibiotiklərin təsirini azaltmağa və sıfıra endirməyə qabil substant. Bu fermentlər sözügedən antibiotiklərə qarşı müqavimətli, dözümlü bakteriyaların əmələ gəlməsinə səbəb olurlar.

β laktamazlar
Məlumatlar
Simvollar β-lactamase domain
CAS 9073-60-3
PDB [http://www.rcsb.org/pdb/cgi/explore.cgi?pdbId=1axb 1axb, 1blp, 1bsg, 1bue, 1e25, 1ghi, 1i2s, 1n9b, 1ong, 2cc1, 2gdn, 3dwz 1axb, 1blp, 1bsg, 1bue, 1e25, 1ghi, 1i2s, 1n9b, 1ong, 2cc1, 2gdn, 3dwz]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
penisillin və sefalosporinin beta laktam həlqəsi (qırımızı rənglə göstərilmişdir)

Katalizasiya reaksiyası

[redaktə | mənbəni redaktə et]

β-Laktamasların təsirindən hidrolitik laktam həlqəsinin açııaraq pozulması nəticəsində aralıq məhsulun, sonra isə öz-özünə dekarboksilləşmə nəticəsində son məhsulun alınması reaksiyası:

Həlqə pozğunluğu aralıq məhsulu öz-özünə dekarboksilləşir. Bu zaman aralıq məhsulun orqanizmin zülaları ilə geridönməyən birləşmələr əmələ gətirərsə, bu allergik reaksiyaya səbəb ola bilər. Adətən bu cür tam potensiallı antigenlərə qarşı orqanizmin antitellər vasitəsilə dəf etmə mexanizmi işə düşmüş olur. Nəticə etibarilə sensiblizasiya reaksiyasının: dəri qıcıqlanmasından -övrədən tutmuş anafilaktik şokadək inkişafı mümkündür[1].

ESPL (ing. Extended– spectrum Beta- Laktamase geniş spektrli beta laktamazlar) β laktam tərkibli antibiotiklərin geniş spektrini bölmək qabiliyyəti deməkdir. Enterobakteriyalar ailəsindən olan bakteriyalar beta laktamazlar adlanan enzim yaratma qabiliyyətinə malikdirlər ki, bu da antibiotik təsirini qüvvədən salmış olur. ESBL mikrob olmayıb, müxtəlif enterobakteriyaların birlikdə qazanmış olduğu özünə məxsusluq ya xasiyyətdir. Enterobakteriyalar qram neqativ bakteriyalar ailəsinə aiddirlər. Əsasən bağırsaq florasına aid bu bakteriyalara təbiətdə də rast gəlinir. Onlar zəif oksigenli və tam oksigensiz mühitdə yaşaya bilirlər. Bir çoxları bağırsaq florasında saprofit həyat sürür, digərləri isə xəstəlik törətmə qabiliyyətlidirlər. Bunlar "xəstəxana bakteriyaları" da adlandırılır.

Bakteriya növləri

[redaktə | mənbəni redaktə et]
  • lat. Escherichina coli — çox rastgəlinən rezistentlik
  • lat. Klebsiella pneumoniae — häufig resistent tez-tez rastgəlinən rezistentlik
  • lat. Klebsiella oxytoca — çox nadir rezistentlik
  • lat. Salmonella spp. — çox nadir rezistentlik
  • lat. Proteus mirabilis — nadir rezistentlik
  • lat. Proteus penneri — nadir rezistentlik
  • lat. Enterobacter spp. — çox vaxt təbii betalaktam antibiotik rezistentliyi

Beta laktamazların sintezi[2]

[redaktə | mənbəni redaktə et]

Hüceyrə divarının sintezinin son mərhələsi olan peptidoqlikanın yaranmasında mühüm rol oynayan bakteriyaların funksional aktiv fermentləri -transpeptidazalar penisillinlə birləşməsindən "penisillin zülal birləşməsi" (PZB) əmələ gəlmiş olur. Beta laktamazlar və PZB müəyyən qədər homolojidirlər. Bu da onların genetik qohum olmasını və ya eyni mənşəyə malik olmalarını fərz etməyə imkan verir. Güman edilir ki beta laktamazlar PZB-lərdən beta laktam antibiotiklərin sellektiv təsirlərindən təkmilləşmişlər. Məlum bütün beta laktamazları 4 molekulyar qrupa bölürlər. Fermentlərin B sinfinə kofermentinin tərkibinə Zn atomu daxil olan metalloenzimlər aiddirlər. A, C və D sinifləri "kükürd" tipli (fermentin aktiv mərkəzində ammin turşusunun olmasından belə adlandırılır) fermentlərə aiddirlər.

ESPL xassəli bakteriyalar bağırsaq florasında bir o qədər də təhlükəli deyildir, lakin bu bakteriyalar orqanizmin digər bir nahiyyəsində infeksiya mənbəyinə çevrilərsə, ocümlədən qanda aşkarlanarsa çox təhlükəli ola bilirlər. Bağırsaq, Sidik yolları, yara infeksiyaları (xüsusən cərrahi yaralar), pnevmoniyalara ESPL xassəli bakteriyalar səbəb olduqda və ya sonralar qoşulduqda sepsisə qədər fəsadlaşa bilirlər.

ESPL xassəli bakteriyalarla yoluxma adətən kontakt üsulu ilə olur (əsasən fekal yolla) və epidemik hal ala bilir. Heyvanlardan insana yoluxma halları öyrənilməsə də bu mümkün ola bilir.

Zəif immun sistem, xəstəyə qulluğun higiyenik baxımdan düzgün aparılmaması, sarğı yaraları, böyrək çatmazlığı, dializ xəstələri, uzun müddətli daxilə qoyulmuş kateterlər: Arterial kateter, Venadaxili kateter, Mərkəzi venoz kateter, Svan-Hanz kateteri, Sidik kateteri risk faktorlarındandırlar.

Beta laktamazlar fotometrik üsulla təyin edilirlər. Bu məqsədlə sefalosporinlərin kimyəvi qrupuna aid nitrosefin[3] maddəsindən istifadə olunur. Bu zaman nitrosefin beta laktamazlar təsirindən parçalandığından sarı rəngdən qırmızı rəngə keçmiş olur.

Beta laktamazlara qarşı mübarizə üçün xüsusi inhibitorların antibiotiklərlə müştərək istifadəsi labüddür. Bu məqsədlə klavulan turşusundan (lat. clavulanic acid), sulbaktamdan (en:sulbactam), tazobactamdan (en:tazobactam) istifadə olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]