Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Betmen və ya Yarasa-adam (ing. Batman) — ABŞ rejissoru Tim Börton tərəfindən çəkilən ABŞ filmidir. Filmin baş qəhrəmanı Betmendir.
Betmen | |
---|---|
ing. Batman | |
Janr | Fantastika |
Əsas mövzu | qisas[d] |
Rejissor | Tim Börton |
Prodüserlər |
Peter Quber Con Piters Maykl Uslan Bencamin Melniker |
Əsərin müəllifləri |
Hekayə: Sem Hemm Kitab: Bill Finqer (göstərilməyib) Bob Keyn |
Ssenari müəllifləri |
Sem Hemm Uarren Skaaren |
Baş rollarda |
Maykl Kiton Cek Nikolson Kim Beysinqer |
Operator | Rocer Pratt |
Bəstəkar | Denni Elfman |
İstehsalçı | Warner Bros. |
Distribütor | InterCom[d], Warner Bros., Netflix |
İlk baxış tarixi | 1989 |
Filmin növü | Fantastika |
Müddət | 126 dəqiqə |
Büdcə | $48 milyon |
Gəlir | $411 350 000 |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1978 |
Rəng | Rəngli |
Çəkiliş yeri | İngiltərə |
IMDb | ID0077594 |
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik bir uşaq olan Brüs Ueyn ana və atasının bir quldur tərəfindən öldürülməsinə şahid olur. Özünü Qotem şəhərini cinayətdən xilas etməyə həsr edər. Şirkətin iş adamı olan Ueyn, gecələri "Betmen" kostyumunu geyib günahkarları tutar. Bir neçə il sonra Qotem yeraltı cinayət dünyasının başına Karl Qrissom keçər. Yeni bölgə prokuroru Harvey Dent, Polis Komissarı Ceyms Qordon və bütün polis təşkilatının mübarizəsinə baxmayaraq şəhər cinayət dünyasından xilas edilə bilmir. Jurnalist Aleksandr Noks və fotoşəkilçi Viki Veyl gecələri ortaya çıxıb günahkarları öldürən və şəhərə qorxu yayan yarasa adamın izinə düşər. Viki və Noks, milyonçu Brüs Ueynin köşkündə təşkil etdiyi partiyaya araşdırma məqsədi ilə iştirak edirlər. Eyni gecə Karl Qrissom sağ qolu Cek Neyperi kimya fabrikinə göndərir. Polis bunu xəbər alıb oraya gedər. Cek bunun müdiri Qrissom tərəfindən təşkil edilmiş bir sui-qəsd olduğunu başa düşür.
Cek və qrupu polislər ilə qarşıdurmaya girir. Fabrikdəki vəziyyətdən xəbərdar olan Betmen fabrikaya gedir. Cekin üzü bir qəza nəticəsində yara alar və o bilinməyən bir kimyəvi maddənin içinə düşmək üzrəykən Betmen onun əlini tutur. Ancaq Cekin əli sürüşür və kimyəvi maddənin içinə düşür. Polisin arxasına düşdüyü Betmen farikadan çıxır. Cek qısa müddətdə xilas olur. Ancaq üzündə və bədənində qalıcı olaraq izlər qalır. Üzü ağappaq, saçları yaşıl olar və özünə xas bir gülümsəmə qazanır. Özünə "Coker" adını verir.
Qrissomu öldürdükdən sonra bir çox təməl məhsulun içinə öldürücü kimyəvi maddələr qoyur. Qotem xalqı təməl ehtiyaclarını qarşılaya bilmir. Sonda Betmen həmin kimyəvi maddəni tapır və bunu Viki Veylə verir. "Coker" Viki Veylə romantik bir yaxınlıq hiss etməyə başlayır. Brüs Ueyn uşaqlığında ana və atasını öldürən adamın "Coker" olduğunu başa düşür. "Coker" Qotem xalqını öldürmək üçün bir şənlik hazırlayır. Bu şənlikdə insanlara pul dağıdacağını söyləyir. Ancaq yanında gətirdiyi şarlar içində xalqı öldürəcək olan bir qaz vardır. Betmen "Coker"in planını pozur. "Coker" Viki Veyli yanına alıb bir binanın ən üst qatına çıxır. "Coker" Betmen ilə mübarizə etdikdən sonra zəng qülləsindən yerə düşür və ölür. Betmen Qotem xalqının yanında olacağını yazdığı bir mesajla çatdırır və Polis Təşkilatını özünə ehtiyacları olduğu anda çağırmaları üçün Yarasa siqnalını buraxır.
Aktyor/aktrisa | Rol |
---|---|
Maykl Kiton | Brüs Eyn/Betmen |
Cek Nikolson | Cek Nalyer/Coker |
Kim Beysinqer | Jurnalist Viki Veyl |
Maykl Qof | Alfred Pennivort |
Cerri Holl | Alisa |