Kağız tozağacı (lat. Betula papyrifera) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Kağız tozağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Kağız tozağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kağız tozağacı Saskaçevan (Kanada) əyalətinin və Nyu-Hempşir (ABŞ) ştatının simvolik ağacıdır. Təbiətdə növün arealı Şimali Amerikanın şimal hissəsini əhatə edir.
Hündürlüyü 20-35 sm, gövdəsinin diametri 1 m-dək, enli-silindrik çətirli və nazik, horizontal pulcuqlarla örtülmüşdür. Cavan budaqları tükcüklü, seyrək qatranlə vəzicikli, yaşılımtıl və ya açıq-qonur, sonradan budaqları parlaq tünd-qonur, çılpaq olur. Tumurcuqları xırda, ensiz-yumurtavari, ucu biz, hamardır. Pulcuqların kənarı yapışqanlı, yaşıl, qonurdur. Yarpaqları növbəli düzülüşlü, oval və ya yumurtavari olub, uzunluğu 5-12 sm, eni 4-9 sm, ucu biz, kənarları ikidişlidir. Bünövrəsi yumru, cavanlıqda tükcüklərlə örtülüb, çılpaq, tutqun tünd-yaşıldır, uzunluğu 1,5-3 sm olan tükcüklü saplaqlarda yerləşir. Dişicik sırğaların uzunluğu 2-8 sm, diametri təxminən 1 sm-dir. Yetişmiş meyvələri çoxsaylı, xırda, qanadlı toxumlardan ibarətdir. Meyvələri yayın axırlarında yetişir.
Mərkəzi Nabatat bağında introduksiya edilmişdir. Respublikanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.
Quru, nəmişli yerlərdə yaxşı bitir.
Qabığının rəngi ilə fərqlənən, kiçik park və bağlarda becərmək üçün yarayan tozağacının dekorativ sortları vardır.