Beynəlxalq Ana Dili Günü

"Şəhid Minar" abidəsi, Dəkkə Banqladeş. 21 fevral 1952-ci ildə ana dili yolunda şəhid olmuş insanların xatirəsinə ucaldılmış abidə

Beynəlxalq Ana Dili Günü — (BMT dillərində: ing. International Mother Language Day, isp. Día Internacional de la Lengua Materna, ing. la Journée internationale de la langue maternelle) — UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Bu onun mənəvi borcudur. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. [1]

  1. "Beynəlxalq Ana Dili Günü". 2011-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-21.