Beynəlxalq Esperanto Həftəsi

Beynəlxalq Esperanto Həftəsi (esp. Junulara E-Semajno, JES) — Polşa və Almaniya esperanto gənclik təşkilatlarının təşkil etdiyi və Yeni İl ərəfəsində keçirilən gənclərin esperanto yığıncaqları. İlk belə görüş 2009-2010-cu illər arasındaki Yeni İl həftəsində Zakopane şəhərində keçirildi, ikincisi isə 2010-2011-ci illərdə Burq şəhərində baş tutdu.

Beynəlxalq Esperanto Həftəsi yeni il ərəfəsində keçirilən iki gənc esperanto görüşlərinin birləşdirilməsi ilə yarandı, onlar polyak Fəaliyyət Həftəsi (AS) və alman Beynəlxalq Seminar(İS) idilər. 2008/2009 mövsümü hər iki tədbir üçün sonuncu oldu, bu İS üçün 52-ci mövsüm, AS üçün isə 7-ci idi. Təşkilatçılar Beynəlxalq Esperanto Həftəsinin hər il bir həftə ərzində Mərkəzi Avropanın müxtəlif yerlərində keçirməyi planlaşdırmışdılar.

Adı[redaktə | mənbəni redaktə et]

JES abreviaturasındaki "E" hərfi "Esperanto" mənasını verir, lakin E@I təşkilatıyla olduğu kimi eyni zamanda Avropa və təhsili (esp. Edukado) də simvollaşdıra bilər. Buna görə Junulara Esperanto-Semajno əvəzinə Junulara E-Semajno adının istifadəsi əsl mənaya daha yaxındır. Bundan başqa, esperanto dilində JES müsbət ədat kimi işlənir, yəni azərbaycan dilindəki "bəli" sözü kimi.

Bundan başqa JES-in "OS" alternativ adı var, hansı ki IS və AS sələfilərinə göndərilən eyhamdır. Esperanto dilində "is" felin keçmiş zamanı, "as" indiki zamanı və "os" gələcək zamanın şəkilçisidilər.

Tarixi[redaktə | mənbəni redaktə et]

JES İl Şəhər Ölkə İştirakçı sayı
10 2018/19 Ştorkov  Almaniya
9 2017/18 Şetsin  Polşa
8 2016/17 Lanqvedel  Almaniya
7 2015/16 Eqer  Macarıstan
6 2014/15 Vaysvasser  Almaniya
5 2013/14 Şavno-Zdruy  Polşa 185
4 2012/13 Naumburq  Almaniya 258
3 2011/12 Qdansk  Polşa 160
2 2010/11 Burq  Almaniya 252
1 2009/10 Zakopane  Polşa təxminən 250

İstinadlar[redaktə | mənbəni redaktə et]