Beynəlxalq Kişilər Günü

Beynəlxalq Kişilər Günü — hər il noyabr ayının 19-da qeyd olunan beynəlxalq tədbirdir.

Beynəlxalq Kişilər Günü
Loqonun şəkli
Qeyd olunmağa başlayıb 19 noyabr 1999[1]
Həsr olunub kişi[2]
Tarix 19 noyabr[2]
internationalmensday.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk olaraq 1999-cu ildə Trinidad və Tobago adasında (Karib dənizi adaları) yaranmış və Avstraliya, Karib dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də qeyd olunmağa başlanmışdır.

Qadın və Sülh Mədəniyyəti komitəsinin direktoru İngeborg Breyns UNESCO-un adından bildirmişdir ki, "Bu, çox gözəl ideyadır və gender balansı təmin etmiş olacaq". O, əlavə edib ki, UNESCO təşkilatçılarla əməkdaşlıq etmək niyyətindədir.

Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrı-seçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Qeyd olunduğu ölkələr

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Kişilər Günü 60-dan çox ölkədə qeyd olunur. Trinidad və Tobaqo, Yamayka, Avstraliya, Hindistan, Çin, Amerika Birləşmiş Ştatları, Rumıniya, Sinqapur, Malta, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Tanzaniya, Bosniya və Herseqovina, Macarıstan, İrlandiya, Qana, Kanada, Danimarka, Norveç, Avstriya, Ukrayna, Fransa, İtaliya, Kuba,Azərbaycan və s. ölkələrdə qeyd olunur.

  1. https://web.archive.org/web/20141207173213/http://internationalmensday.co/caribbean-stream-99-00/.
  2. 1 2 https://internationalmensday.com/.