Beynəlxalq Kooperativ Alyansı

Beynəlxalq Kooperativ Alyansı (BKA) (ing. International Co-operative Alliance) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat[2]

Beynəlxalq Kooperativ Alyansı
ACI, ICA, ACI, ACI
ing. İCA
Loqonun şəkli
Növü Beynəlxalq
Yaranma tarixi 19 avqust, 1895
Rəsmi dili
Mərkəzi London
ica.coop/en
ica.coop/fr
ica.coop/es
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1923–2001-ci illərdə alyansın bayrağı

Beynəlxalq Kooperativ Alyans əsasən istehlak, kredit və kənd təssərüfatı yönümlü milli və regional ittifarqları, kooperativ federasiyaları birləşdirən, kooperativ hərəkatı bütün dünyada təmsil edən qeyri-hökumət təşkilastı[3].

19 avqust 1895-ci ildə Londonda təsis edilmişdir. BKA 700 milyondan çox insanın maraqlarından çıxış edir. 2010-cu ilin sonuna alyansa 92 ölkədən 248 kooperativ federasiya və təşkilat daxil olmuşdur[3].

BKA-nın nizamnamə üzrə əsas məqsədləri: bütün ölkələrdə kooperasiyanın inkişafına kömək etmək, kooperativ hərəkatın metod və prinsiplərinin təşviqi, maraqların təqdimatı və müdafiəsi, qarşılıqlı əlaqələrin yaradılması və inkişafı, müxtəlif ölkələrin kooperativləri arasında əməkdaşlıq, uzunmüddətli sülh və təhlükəsizliyinin bərqərar olunması[3].

BKA-nın rəhbər orqanları: konqres — bir neçə ildən bir çağrılır, Mərkəzi Komitə — hər il çağrılır, İcraiyyə Komitəsi — BKA-nın prezidenti, 2 vitse-prezident və 13 üzvdən ibarət. Cari işləri direktor və Katiblik rəhbərlik edir[3].

BKA "Beynəlxalaq kooperativ günü" bayramının müəllifidir və BMT-də məsləhətçi statusuna malikdir[3].

İsveçrənin Cenevrə şəhərində yerləşən və Birləşmiş Millətlər Təşkilatının struktur bölməsi olan bu alyans hazırda dünyanın 200 beynəlxalq və milli kooperativ təşkilatının simasında 750 milyondan artıq kooperatoru öz sıralarında birləşdirir. Kooperasiyaya çox böyük önəm verilməsinin nəticəsidir ki, 2012-ci il BMT tərəfindən "Kooperasiya ili" elan edilmişdir[4].

  1. 1 2 3 4 5 (unspecified title). doi:10.1007/978-0-387-93996-4_692
  2. İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
  3. 1 2 3 4 5 "Beynəlxalq Kooperativ Alyans — banker.az saytı". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-07.
  4. Eldar Quliyev, "Kənd təsərrüfatı kooperativləri istehsalın və səmərəliliyin artırılmasına böyük töhfələr verə bilər", "Azərbaycan" qəzeti.- 2011. −10 iyun.- S. 6. Arxivləşdirilib 2021-09-27 at the Wayback Machineanl.az saytı