Beynəlxalq Siyasi İqtisad

Beynəlxalq Siyasi İqtisad və ya digər adı ilə Qlobal Siyasi İqtisad, beynəlxalq münasibətləriqtisadiyyatla əlaqəli ikiistiqamətli bir elm sahəsidir. BSİ-nin siyasi elmlər, sosiologiya, tarixmədəniyyət kimi fərqli sahələrlə də bağlı olan aspektləri mövcuddur. Ən çox əlaqəli olduğu akademik mövzular isə Makroiqtisadiyyat, Beynəlxalq Biznes, Beynəlxalq İnkişafİnkişaf İqtisadiyyatıdır

Beynəlxalq Siyasi İqtisad alimləriqloballaşma, beynəlxalq ticarət, beynəlxalq maliyyə, maliyyə böhranı, mikroiqtisadiyyat, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq bazarlar, siyasi risk, sərhədlərarası iqtisadi problemlərin həllində dövlətlərin əməkdaşlığı və ölkələrarası iqtisadi güc balansı məsələləri üzrə elmi müzakirə və araşdırmaların tam mərkəzindədir. 

BSİ-nin müstəqil sahə kimi formalaşması, təxminən, XIX əsrə təsadüf edir, çünki bu tarixə qədər BSİ-nin iqtisadiyyatla eyni məna daşıdığı düşünülürdü. İlk siyasi iqtisadçılar arasında Con Meynard Keyns, KarI Marks və digər önəmli şəxslərin adları var.

BSİ-dəki məsələlər

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Maliyyə 

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Ticarət və Maliyyə BSİ tərkibindəki ən önəmli mövzulardandır.[1][2]

Liberal baxış açısı XVIII əsrdə Adam Smit tərəfindən təqdim olunduqdan sonra Qərbdə maraq doğurmuş və uzun müddət öz elmi liderliyini qorumuşdur. Liberalizmə alternativ bir sistem 1940-cı illərdə Keynsçilik nümunəsi ilə meydana gəldi və 1970-ci illərin əvvəlinədək alimlərin diqqət mərkəzində qaldı. Keynsçiliyin əsasında daxili makroiqtisadi siyasətlə əlaqəli məsələr dayanırdı. Keynsin fikirləri, həmçinin akademik tənqid də doğurmuş və Fridrix fon Hayek, Milton Fridmen və Çikaqo məktəbinin digər aparıcı alimləri tərəfindən 1950-ci və 70-ci illərdə tənqid olunmuşdur. Keynsin ictimai dialoqda və iqtisadi siyasətin hazırlanması planlarında olan təsirinin son onilliklərdə azaldığı müşahidə olunur. 

Liberalizmi özündə əks etdirən sistemlərdən biri də ll Dünya Müharibəsindən sonra yaradılan Bretton-Vudsdur. Liberallar hətta bu sistem sonlandıqdan sonra belə onu geri qaytarmağa çalışmışdır. Bu kimi fikirlər 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson tərəfindən, 2008-ci ildə isə bəzi dünya liderləri tərəfindən səsləndirilmiş və irəli sürülmüşdür. 

Beynəlxalq Valyuta Fondu, beynəlxalq böhranlar, valyuta məzənnələri, birbaşa xarici investisiyalar və transmilli şirkətlər BSİ çərçivəsində əhəmiyyətli şəkildə diqqət çəkən araşdırma mövzularıdır. 

Oyunlar nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]
BSİ-də oyunlar nəzəriyyəsindən də istifadə olunur.

Beynəlxalq Ticarət 

[redaktə | mənbəni redaktə et]

IBSİ Beynəlxalq ticarət nəzəriyyəsi çərçivəsində Hekşer-Ohlin modeli və Rikardo iqtisadiyyatını öyrənir. Qlobal ticarət, strateji ticarət nəzəriyyəsi, ticarət savaşları, milli tədiyə və ticarət balansları BSİ alimlərinin araşdırdığı mövzular arasındadır.

Merkantilizm baxışı XV əsrdə modern iqtisadiyyatın yarandığı tarixdən XX əsrin ortalarına qədər olan dövlət strategiyalarını xarakterizə edir. Bu nəzəriyyə suveren dövlətlərin müsbət ticarət saldosu uğrunda bir-biri ilə olan yarışından bəhs edir. Onların fikrincə, ticarət nəticəsində qazanılmış dövlət xəzinəsi investisiyada və hərbi qüvvənin inkişaf etdirilməsində istifadə oluna bilər.

Vaşinqton konsensusundan sonrakı dövrdə olan baxış açılarına görə, iqtisadi vəziyyətdən asılı olaraq, ticarətdəki bütün tərəflərin yararına şirkətlərin əməkdaşlıq edə və ya yarışa bilər. İkinci Dünya müharibəsindən sonra Cənubi Afrikanın bu yolla sürətli inkişafı sözügedən perspektiv üçün uğur hekayəsi idi və bu uğurun əsasında Raul Prebiş və onun kolleqalarının böyük əməyi dayanırdı.

İnkişaf Tədqiqatları 

[redaktə | mənbəni redaktə et]

BSİ inkişaf iqtisadı ilə əlaqəli seqmentləri və xüsusilə də ölkələrin necə və niyə inkişaf etdiyini öyrənir.

Amerika və Britaniya BSİ məktəbləri 

[redaktə | mənbəni redaktə et]

Bu iki fərqli məktəbin analizi Benjamin Kohen tərəfindən aparılmış və o müəyyən səciyyəvi xüsusiyyətlərə görə onları xarakterizə etmişdir. Belə ki, Amerikanlar BSİ-də "pozitivist" olmaları ilə tanınırlar və onların bu sahədə qurduğu nəzəriyyələr, adətən, miqdari isbatlara əsaslanır. Britaniya BSİ-si isə daha çox "açıqlayıcı" aspekti ilə izah olunur və miqdari analizin fərqli standartlarından istifadə edilir. Kohenin fikrincə, hər iki baxış açısının BSİ üçün mühüm faydaları var.[3]

.[4]

Qeydlər və İstinadlar 

[redaktə | mənbəni redaktə et]
  1. editor John Woods, author Prof. Harry Johson, "Milton Friedman: Critical Assessments", vol 2, page 73, Routledge, 1970.
  2. Watson, Matthew, Foundations of International Political Economy, Basingstoke: Palgrave Macmillan, 2005
  3. "Not So Quiet on the Western Front: The American School of IPE". Review of International Political Economy, Volume 16 Issue 1 2009
  4. "The 2008 Warwick RIPE Debate: 'American' versus 'British' IPE". 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.