Beynəlxalq tələbə günü

Beynəlxalq Tələbə Günü — 17 noyabr tarixində qeyd edilir. Bu tarix 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində təsis edilib.[1] Beynəlxalq Tələbə Günü gənclik romantika şənlik günü kimi qəbul edilsə də onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır. Faciəvi hadisələr 28 oktyabr 1939-cu il faşistlərin işğalı altında olan Çexoslovakiyada baş verib.

Beynəlxalq Tələbə Günü
Rəsmi adı İnternational Students Day
Ölkə
Başlayır 17 noyabr
Tarix 17 noyabr
koreyalı tələbələr

Respublika Günü münasibətilə küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalıb. Anoloji hadisələrin qarşısının alınması məqsədilə 1200 tələbə həbs edilərək konslaqerlərə aparılıb. Tələbə hərəkatının 9 fəal üzvü məhkəmənin hökmü olmadan edam olunub. Adolf Hitlerin qərarı ilə Çexiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılıb.

  1. "17th of November and its historical meaning" (ing). www.obessu.org. 17 oktyabr 2012. 30 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2023.https://www.obessu.org/resources/news/17th-of-november-and-its-historical-meaning/ Arxivləşdirilib 2023-02-03 at the Wayback Machine