Beypazarı ― Türkiyənin Mərkəzi Anadolu regionunda, Ankara ilində, Ankara şəhərinin 100 km qərbində yerləşən şəhər və ilçə. 2000-ci il əhalinin siyahıya alınmasına görə, ilçənin əhalisi 46 493 nəfər olmuşdur və bunlardan 35 775-i Beypazarı şəhərində yaşayırdı.[1][2] İlçə 1 814 kvadrat kilometr ərazini əhatə edir[3] və mərkəzinin orta yüksəkliyi 675 metr (2,215 ft)-dir. İlçədə eyniadlı şəhərdən başqa üç kiçik şəhər (Karaşar, Uruş, Kırbaşı) və 64 kənd var. Bura antik dövrlərdə Kiçik Asiyanın əhəmiyyətli şəhərlərindən idi.
Beypazarı | |
---|---|
40°09′40″ şm. e. 31°55′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 675 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 312 |
Poçt indeksi | 06730 |
Digər | |
beypazari-bld.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Beypazarı adı Türk dilində "Bəyin bazarı" deməkdir. Şəhərin belə adlandırlmasına səbəb Osmanlı dövründə buranın əhəmiyyətli hərbi baza olması və burada yerləşən süvarilərin yerli iqtisadiyyatın əhəmiyyətli bir elementi olması idi.
Bölgə Hettlər, Frigiyalılar, Qədim Romalılar, Bizanslılar, Səlcuqlu Türkləri və Osmanlı İmperiyası tərəfindən uzunmüddətli işğal tarixinə malikdir. Beypazarı Roma və Bizans dövründə Luvi dilində "qayalı zirvə" mənasını verən Lagania (Λαγάνια) adlanırdı və şəhər regionun inzibati mərkəzi idi.
Qərbi Anadoluda yerləşən əksər Luvi şəhərləri kimi Laqaniya da məşhur Troya müharibəsi dövründə troyalılara dəstək olmuşdur.
Şəhər 12-ci əsrdə Səlcuq türkləri tərəfindən fəth edilmiş və şəhərdə müxtəlif Oğuz ağaları tərəfindən məskunlaşılmışdır. Beyşehir sonda Osmanlı İmperiyasının bir hissəsinə çevrilmişdir. Osmanlı imperiyasının qurucusu I Osmanın babası Qazi Gündüzalp ilçənin Hırkatepe kəndində dəfn edilmişdir.
Beypazarı bu gün yerkökü (Türkiyədəki yerkökü istahsalının təxminən 60%-i), gümüş məmulatları və yüksək keyfiyyətli təbii mineral suyu ilə məşhur olan ilçədə kiçik bir şəhərdir. Şüşə istehsalında istifadə olunan bir növ təbii soda olan kristal mineral — trona Beypazarıdan çıxarılır. Zəngin tarixi, memarlıq irsi və cazibədar qayalı çölləri ilə Beypazarı xüsusilə də Ankaradan gələn qonaqlar üçün cəlbedici yerlərdəndir. Hər il iyun ayında şəhərdə məşhur Ənənəvi Tarixi Evlər, Əl işləri, Yerkökü və güveç Festivalı keçirilir . Bu dövrdə qonaqlar şəhərə əhəmiyyətli gəlir gətirir.
Beypazarı Avropa Tarixi Şəhərlər və Regionlar Birliyinin (ing. European Association of Historic Towns and Regions EAHTR) üzvüdür.[4]