Bişonlar – cırtdan, uzun tüklü it cinsləri qrupu. Bişonların vətəni Aralıq dənizi ölkələridir; oradan zadəganların pərəstiş etdiyi obyektə çevrilərək bütün dünyaya yayılmışlar.
Müxtəlif ölkələrin hökmdarları bişonları bir-birinə hədiyyə etmiş və onlardan oxşar əlamətləri olan yerli cırtdan cinslər yetişdirilmişdir. Bu cür beynəlxalq seleksiya nəticəsində müasir bişonlar formalaşmışdır. Şən, nəvazişli, ağıllı, sahibinə sadiq bişonlar çox ünsiyyətlidir. Bişonların əksəriyyəti tükünü tökmür, lakin müntəzəm qulluq tələb edir. Bişonlar uzun ömürlüdür, 17–18 il yaşayır. Mal-tabolonaları (malteze) qrupda ən qədim cinsdir. Əsli dəqiq məlum deyil. Maltezeyəbənzər itlər Qədim Misirlilərin, yunanların və romalıların başdaşıları və saxsı qabların üzərində təsvir olunmuşdur.
1882-cı ildə Böyük Britaniyada rəsmi status almışdır. Cidov hündürlüyü 25 sm, kütləsi 3–4 kq-dır. Tükləri ağappaq, uzun, düz, sallanan, ipək kimi yumşaq, tif tiksizdir. Fransa bolonkası XIV əsrdə Fransada maltezenin pudel ilə çarpazlaşdırılmasından alınmışdır. Tüklərinin dalğalı olması pudeldən keçən irsi əlamətdir. Rusiyaya ilk dəfə XVIII əsrdə gətirilmişdir. Həmin bişonlar II Yekaterinaya hədiyyə kimi göndərilmişdir. Başının xarakterik yumru forması qırxılmaqla alınır. Tükləri uzun, tiftiyi az inkişaf etmiş və yumşaqyunlu bolon-yezlər Bişonların italyan növlərindən biridir. Ağ rəngli bolonyezlər daha çox yayılmışdır.
Koton-de-tulearın vətəni Madaqaskardır. Tükləri pambığı xatırladır. Rən gi ağ, bəzən açıq sarı və qara xalları olur. Havana bişonu Kubaya ispanlar tərəfindən gətirilmiş bişonlardan törəyib. Tükü çox və müxtəlifquruluşludur. Rəngi açıq-sarı, gümüşü, qara və s. olur. Amerika Birləşmiş Ştatlarında məşhur olan Kay-leo cinsi Kaliforniyada yetişdirilmişdir. Tükü uzun, sıx, düz və ya dalğalı, belindən tağla ayrılmışdır. Rəngi ağ-qara, qızılı-ağ, qaradır. Cins qrupu statusunda ilk rəsmi standartı 1966-cı ildə təsdiq edilmişdir.