Biafadalar

Biafadalar, biafarlar - tendalar qrupundan xalq.

Biafadalar Qvineya-Bisaunun cənub-şərqində və Bijaqos adalarında, həmçinin Qvineyanın şimal-şərqində yaşayırlar. Sayları 80 min nəfərdir (1995). Bidyoqolara, balantelərə, bolalara, mankanyalara, papellərə və başqa xalqlara qohumdurlar. Biafada dilində danışırlar, portuqal dilinin kreol variantı da yayılmışdır. Ənənəvi dini etiqadlarını saxlayırlar, xristianlar da var.

Əsas məşğuliyyətləri adalarda balıqçılıq, kontinental bölgələrdə talalarda toxa əkinçiliyi (çəltik, qarğıdalı, kökümeyvəlilər, tərəvəz, meyvə) və yığıcılıqdır (yabanı yağlı palmanın meyvələri və s.). Əsasən donuz yetişdirirlər, davar və qaramal da saxlayırlar. Dairəvi planlı hörmə, kiçik komalarının konusvari damı ot və yarpaqlarla örtülür. Poligin ailələrdə hər arvadın öz koması var.

Təbii liflərdən hazırlanan ənənəvi bel sarğıları və yubkalar tədricən Avropasayağı geyimlə əvəz olunur. Yeməkləri, əsasən, bitki mənşəlidir: sıyıqlar, qarğıdalı və düyü horraları, kökümeyvəlilərdir. Tərəvəz souslarından və və ədviyyatdan geniş istifadə edirlər. Sahilyanı ərazilərdə və adalarda balıq əsas əsas ərzaq növlərindən biridir. Ət nadir hallarda yeyilir.

Əsas sosial-iqtisadi özək böyük, çox vaxt poligin ailədir. Ailələr, ağsaqqallar tərəfindən idarə olunan ata xətti ilə qohum strukturlar əsasında formalaşır. Nikah patrilokaldır. Eyni əcdaddan törəyən və ata xətti ilə qohum olan bir neçə ailə ümumi ad daşıyan ekzoqam nəsil təşkil edir. Kiçik kəndlər (tabanka) başçılar tərəfindən idarə olunur.

Biafadalarda əcdadların və təbiətin kultlatı saxlanılır, magiya, cadugərlik, həmayillər və s. geniş yayılmışdır.

  • Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı,2013, səh.14
  • Андрианов Б. В. Тенда // Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1998.
  • Кальщиков Е. Н. Биафада // Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1998.
  • Ольдерогге Д. А. Языки и письменность народов Африки // Народы Африки / ред. Д. А. Ольдерогге, И. И. Потехина. М.: Академия наук СССР, 1954.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Энциклопедия Mail.ru". enc.mail.ru (rus).[ölü keçid]