Biarrits

Biarrits (fr. Biarritz) — Fransanın cənub qərbində dənizsahili iqlim və balneologiya kurortu.[2]

kurort şəhəri
Biarrits
fr. Biarritz
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
43°28′50″ şm. e. 1°33′26″ q. u.HGYO
Ölkə  Fransa
Region Yeni Akvitaniya
Başçı Michel Veunac
Tarixi və coğrafiyası
Sahəsi 11.66 km²
Mərkəzin hündürlüyü 27 m[1]
Saat qurşağı
Əhalisi
Əhalisi 25,397 nəfər (2009)
Sıxlığı 2,200 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +33 559
Poçt indeksi 64122 /64200
Digər
biarritz.fr
Xəritəni göstər/gizlə
Biarrits xəritədə
Biarrits
Biarrits
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 33,2 min (2005).[2]

Atlantika okeanının Biskay körfəzi sahilində, Pireney dağlarının ətəklərində, Gümüş sahildə, Bayonna şəhərindən qərbdə yerləşir. Aeroport.[2]

12-ci əsrdən məlumdur. Kurort kimi 19-cu əsrin ortalarından inkişaf edir.[2]

Kurort xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Biarrits qəsri.

Çox mülayim qışı (yanvarın orta temperaturu təqribən 5°C) və ilıq yayı (iyulun orta temperaturu təqribən 20°C) olan dəniz iqlimi hakimdir. Geniş qumlu çimərliklər, həmçinin Briskudakı ( Biarritsin təqribən 20 km-liyində) xloridli–natriumlu mineral sular tənəffüs yolları, dayaq və hərəkət orqanları, periferik sinir sistemi xəstəliklərinin, maddələr mübadiləsi pozuntularının müalicəsi üçün əlverişlidir. Talassoterapiya mərkəzidir. Dəniz muzeyi, miniatür avtomobillər muzeyi, kazino var. Dəniz məməlilərini öyrənən mərkəzdir. Yaxınlığında Sen-Jan-de-Lüz kurortu var.[2]

  1. https://it-ch.topographic-map.com/map-dqhg3l/Biarritz/?zoom=19&popup=43.48315%2C-1.55836&center=43.48319%2C-1.55829.
  2. 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 15. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]