Biblioterapiya

Biblioterapiya qədim yunan sözü olub (“biblio” kitab, “terapiya” müalicə etmək) “kitabla müalicə” mənasını bildirir.[1]

Biblioterapiya — "Biblioterapiya" terminini ilk dəfə 1916-cı ildə Samuel Mc. Chod Crothers işlətmişdir. 1920-ci ildə ABŞ-nin Alabama ştatının kitabxanaçısı S.P.Delaney bəzi kitablardan hərbi xəstəxanalarda yaralı əsgərlərin psixoloji müalicəsində istifadə etmişdir.[2]

Bibliyoterapiya Nədir?

[redaktə | mənbəni redaktə et]

Son dövrlərdə gündəmə gələn Biblioterapiya sözü insanlarda maraq yaratmağa başladı. Lakin bu mövzu haqqında yerli araşdırmalar az olduğu üçün insanların çoxu mövzunun nə demək olduğunu düzgün anlamır. Biblioterapiya-kitab oxumaqla terapiya deməkdir. Yəni bir növ terapiya (müalicə) üsuludur. Əslində bu termin çox qədim zamanlardan istifadə olunub. Başqa sözlə desək kitabxanaçılıq elmində heç də yeni termin deyil. Qədim mənbələrə görə təxminən 1200-1300-cü illərdə Qahirə şəhərində bir çox yerli xəstəxanalarda Qurani-Kərim kitabı tibbi müalicə vasitəsi rolunu oynayırdı. Yəni uzun illər kitablar insanlar üçün bir müalicə vasitəsi olub. Lakin məhz “kitab oxumaqla müalicə” ilk dəfə Amerikalı Benjamin Rush tərəfindən tövsiyə olunmuşdur. Bu təxminən 19-cu əsrin əvvəllərinə təsadüf edir. Daha sonra 1853-cü ildə Amerikalı həkim John Minson Galt, “A Lecture On İdıocy” kitabını yazaraq bibliyoterapiya elmində yeni üfüqlərə yol açmışdır. Bu kitabda ruhi xəstələr üçün oxumanın 5 faydasını qeyd etmişdir:[3]

-kitab oxuyarkən beyin məşğul olur və beləliklə xəstə xəstəliyini qısa müddət də olsa düşünmür;

-Xəstə kitab oxumaqla vaxtını səmərəli keçirmiş olur;

-Xəstələrə bir növ savad,təhsil qazandırır; -Verilən materialların oxunması xəstələrin xəstəxana işçilərinə, həkimlərə, yaxınlarına qarşı daha kübar davranmağına kömək olur;

-Kitab oxuduqdan sonra xəstələr daha xoşbəxt, rahat və uyumlu olurlar. Bu baxımdan onları düzgün istiqamətləndirmək daha asan olur.

Bibliyoterapiyanın insanlar üzərində bir çox təsiri var.Bibliyoterapiya doğru zamanda,doğru insan və doğru kitabın qarşılaşmasıdır.Yəni bibliyoterapiya üçün kitab seçərkən terapiya olunacaq şəxsin psixoloji durumu çox önəmlidir.Bibliyoterapiya hər şeydən əvvəl insana yaşadığı sıxıntının təkcə onun başına gəlmədiyi,başqa insanların da bu problemlə qarşılaşdığını xatırladır.Yəni bir növ yaşadıqlarıyla “üzləşir”. Şəxs emosional vəziyyətinə uyğun kitab oxuyarkən problemlərə daha yaradıcı yanaşmanı da öyrənir. Yəni insana başqa çıxış yollarının da olduğunu işarə edir. İnsan kitabı oxuduqca əsərdə verilən qəhramanla özünü müqayisə etməyə başlayır. Məsələn oxşar və fərqli cəhətlərini, hadisələrə yanaşma istiqamətlərini və.s fərqləndirir. Və buna uyğun olaraq qəhramanda olan bəzi xüsusiyyətləri, bacarıqları öz üzərində tədbiq etməyə başlayır. Bu isə özünü inkişafa gedən yolun başlanğıcıdır. Bibliyoterapiyanın ən önəmli faydalarından biridə kitabı oxuyan şəxsin özünü tam olaraq qəbul etməyə başlamasıdır. Həmin insanda vaxt ötdükcə özünə qarşı inam hissləri daha da artır.

Ümumiyyətlə Bibliyoterapiya böyüklərdə yazı, uşaqlarda isə oyun terapiyası ilə birlikdə tədbiq edilir. Bu reabilitasiyanın sıxıcı olmaması üçündür.

Bibliyoterapiya 3 mərhələdə

[redaktə | mənbəni redaktə et]

1.Uyğunlaşma və əks etdirmə

Bu mərhələdə şəxs kitabdakı hadisələrlə tanış olur, xarakterləri qarşılaşdırır. Və hadisələri öz üzərində müqayisə edir.

2.Emosianal Partlayış-Üzləşmə

İnsan müəyyən müddət keçəndən sonra yaşadıqlarını xatırlamağa başlayır. Bəzən bu müəyyən qədər zaman alır. Sanki keçmişdə yaşadıqlarını xatırlamaqla rahatlamış olur.

3.Bütünləşmə

Bu mərhələ son mərhələdir. İnsan hadisələrə daha fərqli yöndən baxmağa çalışır. Kitabdakı hadisələrə əsasən özünü daha uyumlu vəziyyətdə görmək istəyir. Problemlərin həllində daha yaradıcı davranır.

  1. "Biblioterapiya və onun kitabxanalarda tətbiqi yolları" (PDF). www.anl.az. Archived from the original on 16 May 2023. İstifadə tarixi: 16 May 2023.
  2. ""ELMİ ƏSƏRLƏR" (buraxılış - 8)" (PDF). 2019-12-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-20.
  3. "Biblioterapiya nədir?". xususipsixologiyam.wordpress.com. Archived from the original on 16 May 2023. İstifadə tarixi: 16 May 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Biblioterapiya