Üçbölümlü yatıqqanqal (lat. Bidens tripartita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Üçbölümlü yatıqqanqal | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Üçbölümlü yatıqqanqal |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Birillik, mil köklü, budaqlanan, nazik və sarı-samanı rəngli bitkidir. Tək gövdəli, düzqalxan, silindrik, qabırğalı olub, seyrək tükcüklüdür. Yarpaqları növbəli, dərin bölümlü, bəzən 6 bölümlü olmaqla, əsasından daralmış, saplağı qanadlı və üst yarpaqları bütövdür. Kənar yarpaqları qeyri-düzgün dişciklidir. Üst tərəfi demək olar ki, çılpaq, alt tərəfi isə dik tükcüklərdən ibarətdir. Əsas və yan gövdələrdə tək hamaşçiçək-səbətciklər yerləşir. Səbətcikləri yastı və ya yarımşarşəkilli, maili istiqamlətli, yaşıl, sıx, uzunsov-ellipsşəkilli, itiuclu, kənarları kirpikli, daxili cərgədə olan yarpaqları isə sarımtıl-qonur, neştərvari olub, nazikdir. Xarici cərgədəki yarpaqlarının uzunluğu 8 mm, eni isə 3,6 mm-dir. Çiçək altlığı ensiz neştərvari və ya demək olar ki, xətti enli dişli kənarlara malikdir. Bütün çiçəklərinin səbətciyi boruşəkilli və ikicinslidir. Çiçək tacı sarı rənglidir. Meyvələri yaşıl-qonur, tərsyumurtavari, uzunsov, dördtilli, 2-3 bəzən 4 iti yastılaşmış toxumları vardır.
Özünəməxsus iyli, acı dadlı olub, büzücüdür.
Rütubətsevən bitkidir. Nəmişli, rütublətli yerlərdə, bataqlıq, çay kənarları, sututar və bostanlarda alaq bitkiləri arasında yaşayır. Krasnodar və Ukraynanın Lvov vilayətlərində mədəni şəkildə becərilir.
Yabanı və mədəni birillik ot bitkisi olan üçbarmaq otunun zirvə yarpaqları toplanılır və keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Bitkiləri çiçəkləmə fazasında yarpaqla örtülmüş zirvəsi və yan budaqları 15-20 sm uzunluğunda kəsilməlidir. Xammalı nazik 5-7 sm olmaqla, brezent və çadır üzərində kölgəli, yaxşı ventiliyasiyalı çardax və naveslərdə sərilməli və ya 35-400Ctemperaturda quruducu şkafda qurudulmalıdır. Bu halda quru xammalın çıxım faizi 25% olur.
Yaxşı havalı qaranlıq yerlərdə stelaj və yeşiklərdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.
Tərkibində karotinoidlər (50 mq% karotin) aşı maddələr (4,46%), polisaxaridlər acı, selik, flavonoidlər (butein, sulfurein, lyuteolin, çinarozid), kumarin, lakton, aminlər, efir yağları və askorbin turşusu (60-70%) vardır. Bitkidə əsasən manqan ionu toplanır.
Antiseptik,diuretik, ödqovucu və iltihabsorucudur. Bitkidə flavonoidlər, kumarinlər, aşı maddələri, efir yağı, karotinoidlər və polisaxaridlər vardır. Sidikqovucu və antiallergik xassəsi mövcuddur. Tərkibindəki kompleks flavonoid və polisaxaridlər qaraciyəri müdafiəedici və öd stimullaşdırıcı, iltihabsorucu və kapilliyar möhkəmləndirici komponentlərdir. Ferment sisteminə təsir edərək qaraciyər hüceyrəsinin qan dövranı yaxşılaşdırır və müdafiə qabiliyyətini yüksəldir. Ekstraktı antimikrob təsir edərək qrammüsbət bakteriyaları və patogen göbələkləri məhv edir. Bitkidən hazırlanan preparatlar toxumaların trofik qidalanmasını yaxşılaşdırır, termiki yanıqların sağılmasını tezləşdirir, iltihabsorucu təsir etməklə müdafiə qabiliyyətini yüksəldir.
Bitkinin zirvə çiçəklərindən istifadə edilir. Zəif sedativ, ödqovucu, tərlədici, sidikqovucu, yarasağaldıcı, antiallergik və hipotenziv xüsusiyyəti vardir. İştahasızlıq, qara ciyər, öd yolları, raxit, podaqra, yanıq, çətin sağalan yara, müxtəlif etiologiyalı xora və yolxucu xəstəliklərin müalicəsində işlədilir. Bitki xüsusi dairəvi briketlərdə (Bricetus herbae Bidentis) 7,5q buraxılır. Bir paket 1 stəkan qaynar suda 10 dəqiqə müddətində dəmlənilir və hər dəfə 1 xörək qaşığı qəbul edilir. Uşaq praktikasında bitkinin dəmləməsindən diatezlərdə, dəri səpkilərində, seborreyalarda müvəffəqiyyətlə işlədilir. Eyni zamanda sidik və tərqovucu dərman kimi podaqrada tətbiq edilir. Daxilə qəbul etdikdə sidikqovucu, tərqovucu, temperatursalıcı xassəyə malikdir. Psorioz, ekzema, epidermofitiya xəstəliklərində istifadə edilir. Bütün qaşınan dermatozlarda yerli vanna kimi qəbul edilir. Xaricə irinli, trofik yaralarda işlədilir.
Xalq təbabətində yaxşı qantəmizləyici və antiallergik dərmandır. Uşaq və yeniyetmələrin dəri, ekzema, diatez və qızılyel xəstəliklərində tətbiqi yüksək effektlidir. Üçbarmaq bitkisinin uşaq xəstəlikləri praktikasında xaricə tətbiqi olduqca səmərəlidir. Diatez, raxit və ekzema xəstəliklərinin müalicəsi zamanı yaxşı səmərə verir. Yarpaqları ilan sancması zamanı dəriyə qoyulur. Qanın təmizlənməsi, dəri xəstəlikləri və raxitdə: üçbarmaq - 10q, yunan qozu - 5q, üçrəng bənövşə - 20q, pıtraq kökü - 15q, gicitkan çiçəyi - 10q, qara qaraqat yarpağı - 10q və çiyələk yarpağı - 15q olmaqla qarışıq hazırlanır. Bu qarışığın 20 qramını 1 litr suda zəif od üzərində 10 dəqiqə qaynatmaq lazımdır. Gün ərzində böyüklər hər saatda 30q, uşaqlar isə 1 xörək qaşığı qəbul edə bilərlər. Xroniki böyrək xəstəliklərində bu tərkibə ayıqulağı 30q, tozağacı qozası 15q əlavə edilməlidir.
Əks göstəriş məlum deyil.
Birillik, hündürlüyü 60-100 sm olan, demək olar ki, çılpaq bitkidir. Gövdəsi düz, qarşılıqlı budaqlıdır. Yarpaqları qarşılıqlı, üç lansetvari hissəyə bölünmüşdür, yuxarı yarpaqları çox vaxt bütövdür. Səbətcikləri 7–13 mm enində, düzdayanan, yarımkürəvaridir; sarğısının 5-8 sayda olan xarici yarpaqcıqları uzunsov, daxili yarpaqcıqlarının kənarları pərdəşəkillidur, dilcik çiçəkləri çox vaxt olmur. Toxumcaları 5–7 mm uzunluqda, yastı uzunsov, tərsyumurtavaridir.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalığının rayonlarında arandan aşağı dağ qurşağına kimi yayılmışdır. Rütubətli yerlərdə, meşələrdə, çay, arx, su tutarları və bataqlıq kənarlarında bitir.