Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bifonazol - (digər adı Canespor [1]) məlhəm şəklində istifadə edilən imidazol antifungal dərmandır. 1974-cü ildə patentləşdirilmiş və 1983-cü ildə tibbi istifadə üçün təsdiq edilmişdir. [2] Onikomikozun müalicəsi üçün karbamid ilə birləşmələri də mövcuddur.
Bifonazol | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₂₂H₁₈N₂[1] |
Molyar kütlə | 310.392 г/моль q/mol |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 60628-96-8 |
PubChem | 2378 |
ChEBI | 78692 |
ChemSpider | 2287 |
Ən çox görülən mənfi təsiri tətbiq olunan nahiyədəki yanma hissidir. Həmçinin qaşıntı, egzema və ya dəri quruluğu kimi digər əlavə təsirlərə də səbəb olur. [3] Bifonazol laboratoriya şəraitində təsirli bir aromataza inhibitorudur. [4] [5]
Bifonazol ikili fəaliyyət rejiminə malikdir. HMG-CoA inhibisyası ilə birlikdə 24-metilendihidrolanostirolun desmetilstirola çevrilməsi iki nöqtədə göbələklərin ergosterol biosintezinə mane olur. Bu, dermatofitlərə qarşı funqisid xassələrini təmin edir və bifonazolu digər antifungal dərmanlardan fərqləndirir. [3] [6]
Tətbiqindən altı saat sonra bifonazolun qatılığı epidermisin xarici təbəqəsində 1000 µg / sm³ , dermisin ən üst təbəqəsində 5 µg / cm³-dir. [3]