Bilək — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı[1] 1828–1832-ci illərdə kənddə ermənilər də yerləşmiş və əhali qarışıq olmuşdur. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1728-ci ilə aid arxiv sənədində Bələk kimidir.[2][3]. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Qara Noqay dairəsində Bilax-Su toponimləri [133] ilə mənaca eynidir. Ehtimal ki, türk dillərində bələk, bəlik — təpə sözündəndir.