Ruhi xəstəxana

Avstriyanın Vyana şəhərində yerləşən Narrenturm xəstəxanası. 1794-cü ildə inşa edilən xəstəxana ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslər üçün nəzərdə tutulmuşdur. 28 palatası olan xəstəxana bu gün muzey kimi istifadə edilir.

Ruhi xəstəxana və ya dəlixana — ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin saxlanıldığı və onların müalicəsi üçün nəzərdə tutulmuş xəstəxana. Baş verən ruhi-əsəb (depressiya, şizofreniya, bipolyar pozuntuağıl xəstəliyi) xəstəliklərinin növündən aslı olaraq ruhi xəstəxanaların təyinatı dəyişə bilər. Bəzi xəstəxanalar qısa müddətlik müalicə və reablitasiya xidmətləri üçün nəzərdə tutulsada, bir digər növ xəstəxanalarda isə ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər həyatlarının sonlarına kimi saxlanılırlar.

Ruhi xəstəxanaların tarixi şərq ölkələrindən başlanır. Ruhi xəstəxana tipli ilk mərkəz 705-ci ildə Bağdad şəhərində açılmışdır. VI Əməvi xəlifəsi I Vəlidin öndərliyi ilə açılan xəstəxana ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin bir yerdə toplanması və saxlanılması üçün nəzərdə tutulmuşdu. Növbəti bu tip xəstəxana da 800-cü ildə Qahirə şəhərində açılmışdır. 1270-ci ildə Dəməşq şəhərində isə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin vəziyyətlərinin öyrənilməsi məqsədilə ilk institut yaradılır. Dəməşqdə açılan xəstəxana daxili imkanlarına görə əvvəlkilərə nisbətən daha böyük və geniş olmuşdur. Şərq tibb dünyasında ruhi xəstələrin meditasiya, musiqi terapiyası və dərmanlarla sağaldıda biləcəyinə inanılırdı.

Avropada ruhi xəstəxana tipli mərkəzlərin yaradılması XV əsrə təsadüf edir. 1642-ci ildə Paris yaxınlığında Filip Pinel rəhbərliyi altında açılmış Bisetre xəstəxanası Avropa ərazisində açılmış ilk peşəkar mərkəz olmuşdur. Yaradılan xəstəxanalar əsasən qapalı şəkildə fəaliyyət göstərirdi və xəstəxanalara kənar şəxslərin daxil olması, xəstələrin nəzarətsiz bayıra çıxmaları qadağan idi. Bu baxımdan ilk ictimai xəstəxananın Böyük Britaniyada açıldığını qeyd etmək lazımdır. Həmin xəstəxana Nottinqemşir əyalətində 1812-ci ildə açılıb.