Leonardo Di Kaprio

Leonardo Vilhelm DiKaprio (11 noyabr 1974[1][2][…], Los-Anceles, Kaliforniya) — İtalyan-Alman əsilli Amerikalı aktyor, prodüserekoloq. Karyerasının başlanğıcından 2019-cu ilədək çəkildiyi filmlərdən 7.2 milyard dollar qazanıb və dünyanın ən çox qazanan aktyorlarının illik reytinqinə 8 dəfə başçılıq edib. Aktivində bir Oskar mükafatı, üç Qızıl qlobus mükafatı və bir çox digər film mükafatları var.

Leonardo DiKaprio
ing. Leonardo DiCaprio
Doğum adı Leonardo Wilhelm DiCaprio
Doğum tarixi 11 noyabr 1974(1974-11-11)[1][2][…] (48 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Fəaliyyəti aktyor, kino aktyoru, ssenarist, televiziya aktyoru, film prodüseri, teatr aktyoru, ətraf mühit fəalı
Fəaliyyət illəri 1989–h.h.
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı "Qızıl qlobus" mükafatı
IMDb ID0000138
leonardodicaprio.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Los Ancelesdə anadan olan DiKaprio karyerasına 1980-ci illərin sonlarında televiziya reklamlarında görünməklə başlayıb. 1990-cı illərin əvvəllərində komdeiya janrında olan Parenthood kimi müxtəlif televiziya seriallarında təkrarlanan rollarda oynayıb. İlk böyük film işi və baş rolu "Bu oğlanın həyatı" filmi ilə olub. 1997-ci ildə Titanik filmi ilə beynalxalq şöhrət qazanıb.

Həyatı[redaktə | mənbəni redaktə et]

11 noyabr 1974-cü ildə Hollivud, Los-Anceles, Kaliforniya, ABŞda dünyaya gəldi. Atası Corc DiKaprio yumor növündəki kitabların distrübütörü, anası Irmelin Indenbirken isə uşaqlıq illərində Oer-Erkenschwick, Almaniyadan Amerikaya yerləşmiş bir ailənin qızı idi. Leonardoya hamiləliyi əsnasında, bir gün məşhur rəssam Leonardo da Vinçinin İtaliyadakı sərgisində olan və oğulunun qarnına ilk təpiyini orada hiss edən Indenbirken, ad mövzusunda kifayət qədər ilham almışdı. DiKaprio hələ bir yaşındaykən ana atası boşandı və vəlayəti anasına verildi. Uşaqlığında beysbol kartlarıyla və yumor kitablarıyla maraqlanan DiKaprio, tez-tez atasıyla muzey ziyarətlərində olurdu və babasıyla nənəsinin yaşadığı Almaniyaya gedirdi. Aktyorluqla maraqlanmağa başlayan DiKaprio reklam filmlərində oynamağa başlamışdı. Bir süd markası üçün kamera qarşısında keçdiyində DiKaprio 5 yaşında idi. Hələ 12 yaşındaykən kast agentliklərinə müraciət edən DiKaprio, qəbul edildiyi bir agentlik tərəfindən adının Lenni Vilyams olaraq dəyişdirilməsi şərtini rədd etdi.

Karyerası[redaktə | mənbəni redaktə et]

Müəllimi Jakues Uilliamsdan çox təsirləndiyi John Marşal High Schooldan məzun olduqdan sonra Los Angeles Center for Enriched Studiesdə davam edən DiKaprionun aktyorluq karyerası 1989-cu ildə Parenthood adlı TV serialı ilə başladı. Film çəkilişləri əsnasında ən yaxın yoldaşlarından biri olacaq Tobi Maquayr ilə tanış oldu. Eyni il məşhur sabun opera Santa Barbara da rol aldıqdan sonra 1991-dən 1992-ə qədər Yeniyetməlik dövrü adlı TV serialında evsiz cavan Lyuk Brauer xarakteriylə tamaşaçı qarşısına çıxdı. İlk əhəmiyyətli rolu 1991-dəki Critters 3 filmindəki Coş xarakteri olan DiKaprio, 1993-də məşhur aktyor Robert De Niro ilə eyni filmdə oynama şansına nail olur. "Bu oğlanın həyatı" filmindəki performansıyla New York Film Critics və the National Society of Film Critics tərəfindən müsbət rəylər alan DiKaprio, yenə eyni il Gilbert Qreypi narahat edən nədir? filmindəki performansıyla hələ 19 yaşındaykən ən yaxşı ikinci plan aktyoru kateqoriyasında Oskar mükafatına namizəd göstərilmişdi. 1995-də Total Eclipsedə daha əvvəl River Feniks üçün düşünülən ancaq Feniksin ani ölümüylə özünə verilən homoseksual şair Artur Rimbo rolunu canlandırdı. Eyni il heroin asılısı bir basketbolçunu canlandırdığı Basketbolçunun gündəliyi filmi ilə ulduzu daha çox parlamağa başlayan DiKaprio, məşhur rejissor Baz Lurmanın da marağını çəkməyə başlamışdı. Lurmanın, Uilyam Şekspirin bütün zamanlara meydan oxuyan əsəri Romeo+Juliet'i 1990-cı illərə uyğunlaşdırdığı istehsalında Claire Daneslə baş rolları paylaşan gənc aktyoru artıq bütün dünya tanıyırdı. Gənc qızların sevgilisi, Hollywoodun yeni idealı, ən böyük partlamasını Ceyms Kemeronun Titanic filmiylə yaşayacaqdı. 1997-ci il aktyorun həyatında yeni bir səhifə açdı. Belə ki, Titanik filmində baş rolda yer alan DiKaprio dünyanın sevimlisinə çevrildi.

1998-də Alexandre Dumas père'nin romanı olan The Man in the Iron Mask filmində Jeremy Irons, John Malkovich və Gérard Depardieu kimi aktyorlara bilrikdə çəkildi. Eyni il çılpaq fotoşəkillərini icazəsiz istifadə etdiyi səbəbiylə Playboy jurnalını məhkəməyə verdi. Söz-söhbətlərə görə fotoşəkillər, Total Eclipsenin çəkilişləri əsnasında aktyorun məlumatı xaricində çəkilmiş və mətbuata verilmişdi. İddia DiKaprioya ödənən və məbləği açıqlanmayan bir təzminatla bağlandı. People jurnalı onu dünyanın ən gözəl 50 insanından biri olaraq siyahısına əlavə etdi.

2000-ci ildə Danny Boylanın daha əvvəl Ewan McGregor üçün düşündüyü Çimərlik filmindəki baş rolu DiKaprioya nəsib oldu. Bir il aradan sonra ən yaxşı yoldaşlarından biri olan Tobey Maguirelə baş rolları paylaşacaqları Don's Plum üçün kamera qarşısında idi.

2002 DiKaprio üçün olduqca şanslı bir il olacaqdı. Çünki oyunçu həm yaşayan ən yaxşı rejissor qəbul edilən Martın Scorsesenin Gangs of New York filmində Daniel Day-Lewislə birlikdə iş fürsəti tapacaq həm də məşhur Braziliyalı model Gisele Bündchenlə eşq yaşamağa başlayacaqdı. Ən yaxşı rejissorların kamerasında ulduzu da daha da parlayan DiKaprio, 2002-ci ildə Steven Spielbergin də Bacarırsansa məni tut filmində baş rol üçün düşündüyü ad oldu. DiKaprio 2004-də Demokrat Partiyaya qatılıb il boyunca John Kerryə seçki kampaniyasında dəstək verdi. Eyni zamanda qlobal istiləşmə və ətraf mövzusundakı həssas tutumuyla və işləriylə də tanınan aktyor, mövzuyla əlaqədar bir çox iclasa qatıldı.

2005-də üç il birlikdə olduğu sevgilsi Bündchendən ayrıldı və anasıyla birlikdə Los Angeles Public Library-ın yanında Leonardo DiKaprio Computer Center adında bir mədəniyyət mərkəzi qurdu.

Scorseze DiKaprio ortaqlığı Aviator filmiylə davam etdi. 5 namizdəddə oskar alan film, oyunçusuna və rejissoruna mükafat gətirməsə də bu vəziyyət 2 il sonra dəyişəcəkdi. Çünki The Departed sonunda Martın Scorseseyə ən yaxşı rejissor oskarını qazandırdı.

DiKaprio son olaraq Edward Zwickin 5 oskar namizədi olan Qanlı Almaz filmi kamera qarşısına keçmiş və olduqca müvəffəqiyyətli olmuşdu.

2016-da Oscar aldı.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]