Billu (film, 2009)

Bərbər Billu (hind. बिल्लू). Filmin adı normalda Billu olsa da, Birləşmiş Ştatlarda film Billu Barber (Bərbər Billu) adı altında ekranlara çıxıb. Filmin əsas rollarında İrfan Xan və Lara Dutta yer almışdır. Şahrux Xan filmdə tanınmış aktyor rolundadır. Filmdə həmçinin qonaq oyunçular sırasında Karina Kapur, Dipika PadukonePriyanka Çopra vardır. Film 2009-cu ildə Havay Beynəlxalq Film Festivalında nümayiş etdirilmişdir.

Billu
Billu Barber
Janr komediya filmi
Rejissor Priyadarşan
Prodüser Qauri Xan
Ssenari müəllifləri Manisha Korde
Mushtaq Sheikh
Baş rollarda İrfan Xan
Lara Dutta
Şahrux Xan
Om Puri
Racpal Yadav
Əsrani
İstehsalçı Eros Labs
Distribütor Netflix
İlk baxış tarixi 13 Fevral 2009
Müddət 150 dəq.
Büdcə 4.59 milyon $
Gəlir 6.38 milyon $
Ölkə Hindistan Hindistan
Dil Hind dili
Rəng rəngli
IMDb ID1230448

Maddi cəhətdən çox kasıb olan Billu (İrfan Xan) bərbərliklə məşğul olur. O, həyat yoldaşı Bindiya (Lara Dutta) və 2 övladı Qunca (Mitali Mayakar) və Ronak (Pratik Dalvi) ilə birlikdə Budbuda adlı bir kənddə yaşayır. Billu iş zamanı dostları Budbudiya (Racpal Yadav) və Naubat Çaçla (Əsrani) birlikdə vaxt keçirir. Billu ağır və kasıb həyat tərzi keçirir. Sonralar Bollivudun superulduzu olan Zahir Xan (Şahrux Xan) növbəti filminin çəkilişləri üçün bu kəndə gəlir.

Billu bu zaman həyat yoldaşına Zahir ilə arasında olanları, onunla birlikdə eyni məktəbdə oxuduqlarını, yaxın dost olduqları barədə danışır. Ancaq fikirləşirdiki Zahir artıq böyük və tanınmış ulduzdur və onu heç cürə tanıya bilməz. Billunun uşaqlarının bu barədə xəbər tutması isə bu xəbərin bütün kəndə yayılmasına səbəb olur. Kasıb olmasına görə hər kəsdən aşağı səviyyədə olan Billu, bu hadisədən sonra döqqət mərkəzinə düşür. Əvvəllər heç kim tərəfindən sayılmayan Billu, indi hər kəsin sevimlisi olur. Ona kənardan bir çox müdaxilələr edirlər ki, tanınmış ulduzla əlaqə saxlasın. Halbuki Billu bununla razı deyildi, çünki aradan uzun zaman keçmişdi və buna görədə Zahir onu tanımazdı. Hətta güclü biznesmen Saukar Damçand (Om Puri) Billudan Zahir Xanla görüşməyi tələb edir. Onun vasitəsilə tanınmış aktyorla görüşmək istəyən Damçand Billuya bir çox hədiyyə təklif edir. Zahir Xanla görüşə bilməyən Billuya qarşı münasibət dəyişir. O və Zahir Xanla arasında olanlar barədə dedikləri kəndin əhalisi tərəfindən ifşa olunur. Beləliklə Billu həyat yoldaşı və uşaqları daxil olmaqla yalançılıqda ittiham olunur. Lakin Billu səsini çıxarmır və yenidən əvvəlki ağır həyatına başlayır.

Kənddəki son günündə Zahir Xan buradakı məktəbə dəvət olunur. O tədbirdə məktəblilər və kəndin əhalisi qarşısında özünün yoxsul uşaqlığından danışır. Zahir keçmişində heç bir şeyinin olmadığını, lakin onunçün böyük bir önəm kəsb edən bir insanın, sadiq bir dostunun olduğunu deyir, onun adı Billudur. Zahirin hər çətin anında ona dəstək olan Billu. Zahir deyirdiki mənim şöhrətlənməyimin əsas səbəbi elə Billu özüdür. Çünki Billu olmasaydı o Mumbaya gedə bilməzdi beləliklə, həm maddi, həm də mənəvi cəhətdən ona dəstək olan Billu Zahirin Mumbaya getməsi üçün ona kömək edir. Zahir ən yaxın dostunu görmək üçün doğma kəndinə qayıtdığını və Billunun başqa bir kəndə-Budbudaya köçdüyünü deyir. Ona görə filmin çəkilişlərini məhz bu kənddə edilməsini istəyir. Bunları eşidən Billu tədbirin sonuna qədər dayanmır və geri qayıdır. Kəndin əhalisi isə həqiqəti bildikdən sonra Zahir Xanı Billunun evinə aparır. Beləliklə Zahir onun tanınmış bir ulduza çevrilməsində böyük rol oynayan, keçmiş və ən yaxın dostu olan Billu ilə görüşə bilir.

Filmin hazırlanması

[redaktə | mənbəni redaktə et]

Rejissoru Priyadarşan olan filmin əsas rollarında Şahrux Xan və Lara Dutta yer alıb. Əslində filmin bu rollarına ilk olaraq Akşay Kumar və Tabu dəvət olunmuşdu. Lakin onlar bu proyektdən imtina etdilər. Priyadarşan növbəti təklifləri Şahrux XanAmişa Patelə göndərir. Əvvəl hər ikisi bu dəvəti qəbul etsə də, sonralar Patel də filmdə iştirak etmək istəmir. Hətta bəzi mənbələrdə bu rol üçün Cuhi Çavlaya da təklif göndərildiyi bildirilir.

Nəhayət, 2008-ci ilin aprel ayında rejissor Priyadarşan bu rolda iştirak edəcək aktrisanı tapır. Beləliklə Lara Dutta Billunun arvadı rolunda yer alır. Və 8 aprel 2008-ci il tarixində çəkilişlər başlayır. Filmdə həmçinin Şahrux Xanla musiqi sədaları altında rəqs edən Karina Kapur, Dipika PadukonePriyanka Çopra kimi tanınmış ulduzlar yer almışdır.

  • İrfan Xan — Billu
  • Lara Dutta — Bindiya
  • Om Puri — Saukar Damçand
  • Racpal Yadav — Zəllan Kumar (Budbudiya)
  • Əsrani — Naubat Çaçla
  • Puşkar Şrotri
  • Naqeş Bhansla
  • Atul Parçur
  • Mitali Mayakar — Qunca
  • Pratik Dalvi — Ronak (Duqqu)
  • Manoc Coşi — Damodar Dubey

Filmin digər əsas rolunda

Zahir Xanla (Şahrux Xan) eyni zamanda yer alan oyunçular

Filmin təqdimatı

[redaktə | mənbəni redaktə et]

Filmin təqdimatı Hindistanda olmuşdur. Və film 23.64 kror (4.59 milyon $) büdgəsilə kinoteatrlara və tamaşaçılara təqdim edilmişdir.

Filmin musiqiləri 5 yanvar 2009-cu ildə hazırlanıb, istifadəyə verilib. Musiqilərin müəllifi Pritamdır. Sözləri isə Gülzar, Nerac Şiradxar, Səyid Qədri, Aşiş Pandit və Mayur Puriyə məxsusdur. "Love Mera Hit Hit" musiqisinin mahnısı Serbiyalı pop musiqiçi Anabela Doganinin "Igra Istine" musiqisindən götürülüb.

  1. "Marjaani" — Sukvinder Sinq, Sunidhi Çohan
  2. "Love Mera Hit Hit" — Nerac Şiradxar, Tulsi Kumar
  3. "You Get Me Rocking & Reeling" — Nerac Şiradxar, Dominik Sereco
  4. "Ae Aa O" — Krişnakumar, Surac Caqan, Rana Mazumdar
  5. "Jaaun Kahan" — Fatih Əli Xan
  6. "Billu Bhayankar" — Acay Cinqran, Kalpana Patovari
  7. "Khudaya Khair" — Soham Çakraborti, Monali Takur

Film Hindistanda adına görə bir çox mübahisələrə səbəb olub. Beləki filmin adı öncə Billu Barber (Bərbər Billu) idi. Ancaq bir çox bərbər və gözəllik salonlarının nümayəndələri filmin adında Barber (Bərbər) sözünün istifadə olunmasına etiraz etdilər. Bundan sonra filmin istehsal şirkətinin rəhbərliyi bu sözü filmin adından götürür və filmin adı Billu olaraq qaldı. Ortadakı gərginliyin aradan qalxmadığını görən Şahrux Xan filmin premyerasına Bərbərlər Assosiasının üzvlərini dəvət edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]