Qauri Xan (Qauri Çibber hind. गौरी ख़ान8 oktyabr 1970[1], Yeni Dehli) — tanınmış prodüser, həmçinin İnteryer dizaynerdir. Məşhur aktyor Şahrux Xanın həyat yoldaşıdır.
Qauri Xan | |
---|---|
ing. Gauri Khan | |
Doğum adı | Gauri Chhibber |
Doğum tarixi | 8 oktyabr 1970[1] (53 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Həyat yoldaşı | Şahrux Xan |
Fəaliyyəti | Prodüser, İnteryer dizayn |
Fəaliyyət illəri | 1991-bu günə qədər |
Təhsili | |
Boyu | 1,6 m |
IMDb | ID0451215 |
Vikianbarda əlaqəli mediafayllar |
Qaurinin 1984-cü ildən bəri Şahrux Xanla əlaqələri olub. 1991-ci ildə onlar evlənirlər və bu evlilikdən 1997-ci ildə Aryan adlı oğlu, 2000-ci ildə Suhana adlı qızı dünyaya gəlir. Qauri əri ilə birlikdə film istehsalı və yayılması işləri məşğul olan Red Chillies Entertainment adlı şirkətin təsisçisi olur.
Qauri Pəncabda dünyaya gəlib. O 10 il ərzində Loreto qadın monastrında təhsil alıb. Daha sonra Yeni Dehlidəki Müasir məktəbdə təhsil alıb. Qauri həm də Lady Shri Ram kollecinin Tarix fakültəsinin məzunudur. Qauri Şahrux Xanla 1984-cü ildə tanış olub və 1991-ci il 25 oktyabr tarixində rəsmi olaraq evləniblər. Onların 2 övladı var: Aryan (Noyabr, 1997) və Suhana (May, 2000). Cütlüyün daşıyıcı analıq yolu ilə doğulan Abram adlı övladları da var (28 may, 2013).[2][3]
Qauri Xan 2002-ci ildə Şahrux Xanla birlikdə film istehsalı və yayılması işləri məşğul olan Red Chillies Entertainment adlı şirkətin təsisçisi olur. Məhz Qauri özü şirkətin icraçı direktoru olur. Beləliklə Qauri ilk prodüserliyini Fərəh Xanın da ilk filmi olan Main Hoon Na (Mən yanındayam) filmində etmişdir. Film kifayət qədər uğurlu olur və ilin ən çox gəlir gətirən ikinci filmi olur. O zamandan bəri Şahrux Xanın baş rolda olduğu 7 layihəyə məhz Qauri Xan prodüserlik etmişdir. O həmçinin Om Şanti Om filmində qonaq oyuncu olaraq iştirak etmişdir.[4]
Qauri Xan mətbuatda tez-tez Bollivudun ən dəbli qadını olaraq qeyd olunur.[5][6] Qaurinin şəkli 2008-ci ilin yanvarında Vogue jurnalının üz qabığında çıxır. Beləliklə o jurnal tərəfindən Bollivudun birinci xanımı adını alır.[7]