Billurə Bayramova

Billurə Bayramova-Bernard (17 yanvar 1981, Lahıc, İsmayıllı rayonu) — azərbaycanlı sahibkar, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri, Nigeriyada yaşayan fransızlara müşavir əvəzi[1].

Billurə Bayramova-Bernard
Doğum tarixi 17 yanvar 1981(1981-01-17) (42 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fransa Fransa
İxtisası Filologiya (ingilis dili), Maliyyə, İqtisadiyyat.
Təhsili
Fəaliyyəti Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidenti
Mükafatları "Diaspor fəaliyyətində xidmətə görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Billurə Əvəz qızı Bayramova 17 yanvar 1981-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur.[2]

Təhsili[redaktə | mənbəni redaktə et]

Orta məktəbi 1998-ci ildə Lahıc qəsəbəsində fərqlənmə ilə bitirdikdən sonra 1998–2002-ci illərdə Təfəkkür Universitetinin Filologiya (İngilis dili) fakültəsində təhsil almışdır. 2002–2004-cü illərdə həmin fakültənin magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir.

Billurə Bayramova təhsilini davam etdirərək 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasını bitirmiş və 2009–2010-cu illərdə isə İqtisadiyyat üzrə magistr təhsilini davam etdirmək üçün İsveç Krallığının Lund Universitetində təhsilini almışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Orta məktəbdə təhsil aldığı zaman məktəbin ictimai və elmi işlərində fəal olmuşdur. Dəfələrlə rayon üzrə fənn olimpiadalarında və bilik yarışlarında iştirak etmişdir. Ali təhsilini aldığı illərdə də universitetin ictimai işlərində fəallığı ilə tanınmış və layihələrdə iştirak etmişdir. Həmçinin, fəallığına görə Billurə Bayramova universitet rəhbərliyi tərəfindən təhsil haqqından azad edilmiş və universitetin təqaüdünə layiq görülmüşdür.

Gənclər üçün Təhsil Mərkəzində maliyyə meneceri və layihə rəhbəri, Azərbaycan-Amerika Gənclər Birliyinin maliyyə meneceri kimi çalışmışdır.

"British Council" təşkilatının dünyada yerli QHT-lərı ilə birgə həyata keçirdiyi "Youth Sport Action" layihəsinin Azərbaycan üzrə rəhbəri olmuşdur.

Azərbaycanda 2002–2008-ci illərdə yerli şirkətlərdə baş mühasib kimi və Fransanın Danon şirkətində maliyyə üzrə məsul şəxs vəzifəsində çalışmışdır.

2012-ci ildə ailə vəziyyəti ilə bağlı Fransaya köçmüşdür. 2013-cü il tarixindən bu günə qədər Nigeriyanın Laqos şəhərində yaşayır.

  • 2014–2018-ci illər — Nigeriyada Beynəlxalq Qadınlar Təşkilatının İdarə heyətinin üzvü, maliyyə meneceri,
  • 2016–2018-ci illər — Nigeriyada Lagos Accueil adlı fransız təşkilatının vitse–prezidenti,
  • 2018–2019-cu illər — Nigeriyada Lagos Accueil adlı fransız təşkilatının prezidenti,
  • 2017-ci ildən bu günə qədər — Cuisine Chez Billura brendinin təsisçisi,
  • 2018-ci ildən bu günə qədər — Nigeriyada Azərbaycan Dostları Təşkilatının təsisçisiprezidenti
  • 2018-ci ildən bu günə qədər — Fransa dövləti tərəfindən Laqos şəhərində fəaliyyət göstərən fransız məktəbinin İdarə heyətinin üzvü,[3]
  • 2019-cu ildən bu günə qədər — İsveçrənin "Givaudan" şirkətinin Qərbi Afrika ölkələri üzrə admin və biznes meneceri kimi faəliyyət göstərir,
  • 2020–2021-ci illər — Nigeriyada Lagos Accueil adlı fransız təşkilatının prezidenti.

Azərbaycanda qatıldığı tədbirlər[redaktə | mənbəni redaktə et]

2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı olmuşdur. Lakin müəyyən səbəblərdən iştirak edə bilməmişdir.
2019-cu ildə Diaspor Gənclərinin II yay düşərgəsinin iştirakçısı olmuşdur.[4]
2020-ci ildə Sabunçu Gənclər Evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanda Qadın sahibkarlığı" forumunda spiker kimi çıxış etmişdir.[5]
2022-ci ildə Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı.

Sosial-mədəni layihələri[redaktə | mənbəni redaktə et]

Nigeriyada yaşadığı müddət ərzində Billurə Bayramova-Bernard bir çox xeyriyyə layihələrinə imza atmişdır. Nigeriyada orta məktəb tikintisinin başa çatmasına nail olmuş[6] və gənclərin inkişafında fəal olması ilə tanınmışdır.

  • 2008-ci ildə sloveniyalı incəsənət professoru xanım Vesna Çrnivets ilə "Lahıca xoş gəlmişsiniz" adlı 17 dəqiqəlik qısametrajlı filmini ərsəyə gətirmiş,
  • 2010-cu ildə Sloveniyada"Dünən, Bu gün, Sabah" layihəsini həyata keçirmiş,
  • 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə "İpək Yolu" adlı konserti təşkil etmiş,
  • 2018-ci ildə Nigeriyada Musiqi festivalında Azərbaycan musiqiçilərinin iştirakı ilə "Qərb ilə Şərq Görüşəndə" konserti təşkil etmiş,[2]
  • 2018-ci ildə iki nigeriyalı jurnalistin iştirakı ilə Azərbaycana səfəri zamanı 13 epizoddan ibarət "Azərbaycan təamları" və 7 epizoddan ibarət "Azərbaycanda Nigeriya diasporası" adlı sənədli film ərsəyə gətirmiş,
  • 2019-cu ildə Nigeriyada Musiqi festivalında "Azərbaycan gecəsi" adlı rəqs konsertini təşkil etmiş,
  • 2020-ci ildə "Biz sülh istəyirik" şüarı adı altında "Musiqi körpüsü" adlı konserti təşkil etmişdir.[7]

Azərbaycan mədəniyyətinə verdiyi töhfələrinə görə AzərbaycanınNigeriyanın tanınmış şəxslərinin "Vizual Kollaborativ Amerika" media platformasında işıqlandırılmasına nail olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  1. 2019-cu ildə xanım sahibkarlar üçün keçirilən WE2019 (Women Entrepreneurship 2019) müsabiqəsinin qalibi Billurə Bayramova-Bernard "Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım",[8]
  2. 2019-cu ildə Nigeriyada təşkil edilən Mədəniyyət Festivalında "İlin ən aktiv xarici xanımı" mükafatını qazanmış,
  3. 2019-cu ildə Muson Musiqi Mərkəzi tərəfindən mədəniyyətlərin təbliği istiqamətində fəaliyyətinə görə təltif edilmişdir.
  4. 2019-cu ildə "African Youth Entrepreneurship Forum"un qaliblərindən biri olmuşdur.
  5. 2022-ci ildə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

2006-cı ildə tanış olduğu Fransa vətəndaşı Anton Bernard ilə 2011-ci ildə Bakıda ailə qurub. 2012-ci ildə Fransaya köçüblər. Bir müddət Fransada yaşadıqdan sonra, həyat yoldaşının işlədiyi neft şirkəti ona Nigeriyada işləmək təklifini irəli sürür. Anton Bernard iş təklifini qəbul edir və onlar 2013-cü ilin oktyabr ayında Nigeriyaya köçürlər. Hazırda Nigeriyanın Laqos şəhərində yaşayan Bernard ailəsinin 3 oğlu var.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ÉLECTIONS DES CONSEILLERS DES FRANÇAIS DE L'ÉTRANGER ET DES DÉLÉGUÉS CONSULAIRES CIRCONSCRIPTION DU NIGERIA – DIMANCHE 30 MAI 2021" (PDF) (fransız). diplomatie.gouv.fr. 2021-09-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 avqust 2021.
  2. 1 2 "Nigeriyada "Şərq ilə Qərb görüşəndə" adlı Azərbaycan gecəsi". 2020-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
  3. "AFN MANAGEMENT TEAM". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-26.
  4. "Elm və təhsilin diaspor fəaliyyətinə təsiri". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.

  5. Azərbaycanda Qadın sahibkarlığı Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine
  6. 1 2 Billurə Bernard haqqında [ölü keçid]
  7. "Nigeriyada Azərbaycanın Dostları Təşkilatı". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
  8. "Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım mükafatlandırılıb". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.