Biltmore Hotel Tbilisi

Biltmore Hotel Tbilisi (gürc. სასტუმრო „ბილტმორ თბილისი) – Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən və "Millennium & Copthorne Hotels" şəbəkəsinə məxsus olan lüks otel. The Biltmore Hotel Tbilisi ABŞ sərhədlərindən kənarda fəaliyyətə başlamış ilk Biltmore hoteli olmaqla, həm də, aid olduğu şəbəkənin yeni yaradılmış lüks kateqoriyalı "Biltmore Collection of the Millennium & Copthorne Hotels" seriyasına daxil olan ilk hoteldir.

Biltmore Hotel Tbilisi
gürc. სასტუმრო „ბილტმორ თბილისი
Xəritə
41°42′08″ şm. e. 44°47′38″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Tbilisi
Aidiyyatı Millennium & Copthorne Hotels
Memar Aleksey Şusev
Tikilmə tarixi 1934-1938
Üslubu Sosial klassisizm
Vəziyyəti otel kimi fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hotelin təntənəli açılış mərasimi 31 iyul 2016-cı ildə baş tutmuşdur. Otel, şəhərin əsas nəqliyyat damarlarından biri olan Rustaveli prospektində yerləşən və SSRİ hakimiyyəti dövründə 1930-cu illərdə inşa edilmiş İMELİ binası və onun yanında 2010-cu illərdə inşa edilmiş 32 mərtəbəli binada yerləşir. Köhnə binanın yenilənməsi və tarixi binalar ansamblının formalaşdığı prospektdə çoxmərtəbəli müasir tikilinin inşa edilməsi memarlar və tarixçilər tərəfindən ciddi tənqidlərə məruz qalmışdır.[1][2]

Yeni otel kompleksinin yaradılmasına təxminən $140 milyon xərc çəkilmiş və xərcin əsas hissəsi BƏƏ-nin "Dhabi Group" şirkəti tərəfindən ödənilmişdir.[3]

İMELİ binası

[redaktə | mənbəni redaktə et]

Stalin dövrü Sosialist klassisizm stilinin ən yaxşı nümunələrindən olan İMELİ binası Gürcüstan SSR-in paytaxtı olan Tbilisi şəhərində 1934–1938-ci illərdə memar Aleksey Şusevin layihəsi əsasında Marks-Engels-Lenin İnstitutunun yerli filialı üçün inşa edilmişdi. İMELİ (gürc. იმელი) – institutun rusca ad qısaltması olan İMEL (rus. ИМЭЛ) abbreviaturasının gürcü dilində qarşılığıdır və hətta SSRİ-nin dağılmasından sonra da bina, İMELİ binası adı ilə tanınmışdır. Şusevin bina üçün hazırladığı memarlıq layihəsi eklektik xarakter daşımış və özündə Sosial klassisizmKonstruktivizm elementlərini birləşdirmişdir. Binanın həm interyerləri, həm də eksteryerinin işləməsi zamanı zəngin metaltökmə və taxtayonma işlərindən istifadə edilmiş, həmçinin Gürcüstan ərazisi üçün xarakterik olan mərmər növləri və digər daşlar tətbiq edilmişdir. Fasadların bəzədilməsi zamanı, o zaman Gürcüstann aparıcı heykəltəraşları olan Yakov NikoladzeTamar Abakeliyanın işlərindən istifadə edilmişdir. 1986-cı ildə bina, Memarlıq irsi siyahısına salınmışdır.[4]

1991-ci ildə SSRİ-nin süqutundan sonra, bina müxtəlif dövlət təşkilat və qurumlarına ev sahibliyi etmiş, onun fasadını bəzəyən Kommunist dövrü simvolları isə sökülmüşdür.[4] 1992–1995-ci ildə binada Gürcüstan Parlamenti faliyyət göstərmişdir. 25 avqust 1995-ci ildə bu binada Gürcüstanın ilk post-sovet konstitusiyası qəbul edilmişdir. Sonrakı dövrdə binada Gürcüstan Konstitusiya Məhkəməsi və Gürcüstan Mərkəzi Seçki Komitəsi yerləşmişdir.[1][4]

Yenidənqurma işləri

[redaktə | mənbəni redaktə et]

Uzun müddət Gürcüstan Xarici İşlər Nazirliyinə ev sahibliyi etməsi üçün yenidənqurma işlərinin aparılacağı gözlənilən[5] İMELİ binası 2007-ci ildə beş ulduzlu lüks Kempinski hotelin yaradılması üçün Capital Vostok şirkətinə satılmışdır. Təklif edilən memarlıq yenidənqurma işlərinin layihəsi Berlindən olan memarlar Kristof KolRob Krier tərəfindən işlənmişdir. Yenidənqurma işləri zamanı investor binada söküntülərə yol vermiş və buna görə də tarixi-memarlıq abidəsi bir çox orijinal dekor elementlərini itirmiş, bu hadisələr ölkədə etirazlara səbəb olmuşdur.

2008-ci ildə layihə dayandırılmış və bina Abu Dhabi United Group şirkətinə satılmışdır. Şirkət, binanın sökülməsi işlərini dərhal dayandırmış və tarixi fasadın konservasiyası işlərini həyata keçirmişdir.[1] 2011-ci ildə Tbilisi meriyası Şusevin binası yaxınlığında 300 metr hündürlüyə malik şüşə göydələn inşa edilməsinə razılıq vermişdir. Hazırda Rustaveli prospektinin XIX–XX əsrlərdə inşa edilmiş tarix-memarlıq əhəmiyyətinə malik binaları[4] arasında ucalan bu göydələn İMELİ binası ilə şüşə dəhliz vasitəsiylə birləşdirilmişdir.[3]

  1. 1 2 3 Sheshaberidze, Ana. "Deconstruction of IML Building Was Ceased". The Human Rights Centre. 5 October 2009. 8 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2019.
  2. Elisashvili, Aleksandre. "„იმელის" შენობა თბილისში [The IMELI building in Tbilisi]" (Georgian). Soviet Past Research Laboratory. 25 November 2011. 21 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2019.
  3. 1 2 "Biltmore Hotel Tbilisi: Georgia's most luxurious hotel opens with impressive display". agenda.ge. 1 August 2016. 15 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2019.
  4. 1 2 3 4 Tchatchkhiani, Nino; Nasmyth, Peter. "IMEL Building". Tbilisi Architecture Network. 29 October 2013. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2019.
  5. "Kempinski to Manage Hotel in Tbilisi". Civil Georgia. 9 December 2006. 15 November 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2019.
  • В Кулага — Архитектурное здание института Маркса-Энгельса-Ленина в Тбилиси, Москва, 1951