Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bioenerji — biokütlədən və ya bioyanacaqdan əldə edilən enerji. Biokütlə dedikdə günəş enerjsini toplayan və onu kimyəvi enerji şəklində özündə saxlayan hər hansı bir üzvi maddə başa düşülür.
Bioenerji həm bərk bioyanacaqlardan (taxta yonqarından, ağac qabığından, samandan və s.), həm də bioqazdan və müxtəlif mənşəli maye bioyanacaqlardan hasil edilir. Bioenerjidən çox qədim zamanlardan istifadə olunur. Müxtəlif növ bioloji kütlənin köməyi ilə alınan qazlara bioqaz deyilir. Ağacların yaşıl yarpaqları günəş şualarının fotosintezinin köməyi ilə yaşıl kütlə xlorofil istehsal olunur.
Fotosintez nəticəsində sadə kimyəvi maddələr karbon qazı və suya çevrilir və oksigen ayrılır. Fotosintez–bioloji prosesin enerji əsasıdır. Fotosintez prosesinə əsaslanan günəş enerjisi milyon illərə tədarük oluna bilər. Dünya miqyasında ümumi dünya enerjisinin 15 %–i istifadə olunur. Biokütlə fotosintez nəticəsində özü enerji mənbəyinə çevrilir.
Adətən bu, istilik enerjisi olur. Ancaq biokütlədən, elektrik enerjisi və duru yanacaq istehsal etmək mümkündür. Biokütlənin ən geniş yayılan növü kağız tullantıları, ağac kəpəyidir. İl ərzində dünyada 130 milyard ton quru yanacaq, bu il ərzində 660000 kVt.saat enerjiyə ekvivalentdir. Dünyada il ərzində bioenerji tələbatı 15000 kVt.saatdır. Dünya əhalisinin yarısı biokütlədən istifadə edərək enerji istehsal edir.
Təbiətdə gedən fotosintez prosesini bildikdən sonra, belə nəticəyə gəlmək olar ki, biokütlə enerji mənbəyi ola bilər.
Bitki karbon qazını udur və onu öz inkişafı üçün istifadə edir. Əgər biokütlə yandırılarsa, bu qazın əmələ gəlməsi çətinləşir. Biokütlədən enerji kimi istifadə etmək atmosferdə karbon qazı konsentratının əmələ gəlməsini artırır.
Hələ qədim zamanlardan biokütlənin bioenerjiyə çevrilməsi oduncağın yanması olmuşdur. inkişaf edən ölkələrin 70 %–i əhalisi odunu enerji mənbəyi kimi istifadə edir. Orta hesabla bir adama il ərzində 700 kq odun yanacağı sərf edilir. Kəsilən ağacların yarıdan çoxu istilik almaq məqsədilə istifadə edilir.
Piroliz–orqanik maddələrin hava buraxmadan yüksək temperaturda yığılıb yandırılmasıdır. Odunun pirolizi 450…500˚S – də baş verir. Piroliz materialları kimi ağac kömürünü, yanıcı qazları (metan, karbon oksidi) və s. götürmək olar.
Enerji mənbəyi kimi mal peyinindən də istifadə etmək olar. Peyini təkcə yanacaq kimi deyil, onu emal etməklə də qaz əldə etmək olar. Peyini kommunal tullantılarla qarışdırdıqda daha çox effekt verir. Hər iki növ kütlə mikroorqanizmlərlə zəngin olur, 50…60˚S temperaturda onlardan bioqaz almaq mümkün olur. Bu proses fermentin köməyi ilə aparıldığı üçün fermentləşmə adlanır. Bioqazın əsas tərkibi metandır. Peyinin fermentləşməsi çox sadə bir konstruksiyaya malik olan qurğudur. Peyinin fermentləşdirilməsi iqtisadi baxımdan çox qənaətli texnologiyadır. Bioqazın çatışmayan cəhətlərindən biri onun partlayış törədə bilməsi və insanların parazit xəstəliklərə düçar olmasıdır.[1]