Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı

Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı- böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində qeyri-üzvi maddədən canlı maddənin yaranması və parçalanma zamanı üzvi birləşmələrə çevrilməsindən ibarətdir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək, yaranaraq (doğularaq) və ölərək (məhv olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin edir.

Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır. Yer kürəsində bu enerji bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen arxipelaqından (80° ş.en.) üç dəfə çoxdur. Bununla yanaşı, istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına sərf olunur və s.[1]

Bir sıra ekosistemlərdə maddəenerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə dövran adətən bioloji dövran adlanır. O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən maddələrin qapalı tsikli sayılır. Kiçik dövran, şübhəsiz, su sistemlərində, xüsusilə intensiv metabolizmi olan planktonda yer ala bilər, "yağışlı" tropik meşələr istisna olmaqla yer ekosistemlərində kiçik dövran olmur. Belə ki, kök sistemi səthə yaxın yerləşən tropik meşələrdə qida maddələrinin ötürülməsi "bitkidən bitkiyə" təmin oluna bilər.

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Biosfer

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Biosfer

Biosenoz

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.