Birəbittən fəsiləsi

Birəbittən (Bilibitdan) (lat. Troglodytidae) — sərçənin bir növü

Birəbittənlər
Cistothorus palustris Iona.jpg
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Birəbittənlər
Beynəlxalq elmi adı

Yayılması[redaktə | mənbəni redaktə et]

Gödək quyruğu olan kiçik, hərəkətli meşə həşəratyeyən quşlarıdır. Əksər növlərin rəngi qəhvəyi – şabalıdıdır. Su sərçələrinə yaxındırlar. Amerika mənşəli fəsiləyə daxil olan 63 növ başlıca olaraq Yeni dünyada yaşayır. Yalnız 3 cins köhnə dünyada təmsil olunmuşdur. Qafqaz yeganə növ – birəbittən (Troglodytes troglodytes L.) rast gəlinir. Arealı Şimali Amerikanın mülayim qurşağını, Avropanı, Palearktikanın cənub və şərq sərhədlərini əhatə edir. 40 dan artıq yarımnövü vardır. Azərbaycanda yaşayan Qafqaz yarımnövü (T.t.hyrcanus Zarudny et London), eləcədə də Şimali İranda yayılmışdır. Bizdə yaşayan ən kiçik quşlardan biridir. Oturaq quşdur . Dərələr və çaylar boyunca sıx kolluqlarda , meşələrdə və bağlarda , hasarların kənarında yaşayır . Fon meşə növlərindən bir olub düzənlik meşələrində qeydə alınmış oxuyan quşların 10%-ni , dağlarda isə 15%-ni təşkil edir.[3]

Görünüşü[redaktə | mənbəni redaktə et]

Qəhvəyi çilli rəngi, gödək dik quyruğu vardır. Çox hərəkətli və möhkəm bədənlidir. Uçuş zamanı iri böcəyi xatırladır. Erkəklərin bədəninin uzunluğu 100 – 115, dişilərindəki 96 – 112 mm; qanadların uzunluğu uyğun olaraq 45 −50 və 44–48, quyruğunun uzunluğu 30 −37mm, kütləsi 7.5 – 11.5,q- dır. Rəngində cinsi dimorfizm ifadə olunmamışdır.[4]

Çoxalması[redaktə | mənbəni redaktə et]

Çoxalmaya apreldə başlayır. Erkək sahə seçir və orada yosundan, otdan və yarpaqlardan eyni vaxtda bir neçə yuva qurur. Yuva yerdən 2–3 m hündürlükdə, qapalı, kürəşəkillidir. Bir qoyumda 3–9 ağ xırda qırmızı çilli yumurta olur. Dişi 14–16 gün kürt yatır. Həşəratlar yuvanı 15-17 gündən sonra tərk edirlər. İyun-iyulda yaşlılar ikinci qoyuma hazırlaşırlar. Bir erkəyin 2 dişisi ola bilər.[5]

Qidalanması[redaktə | mənbəni redaktə et]

Xırda həşəratlar və hörümçəklərlə qidalanırlar. Zərərli həşəratları yeməklə fayda verir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Qaranquşlar". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-04.
  4. "[[Quşlar]]ı yaxından tanıyaq". 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-04.
  5. "Canlılar Aləmi". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı "Elm". 2004–620 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]